Icma.az
close
up
RU
Hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir ACI STATİSTİKA

Hər il 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir ACI STATİSTİKA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il dünyada 12 milyon qız uşağı 18 yaşına çatmamış evliliyə məcbur edilir, onlardan 2 milyonu isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu problem dünya üzrə hər beş qızdan birinə təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə BMT-nin məlumatında bildirilir.

“Save the Children” (Uşaqları xilas edin) təşkilatı dünyada hər beş uşaqdan birinin məruz qaldığı erkən nikahların fəsadları barədə məlumatlılığı artırmaq məqsədilə “Evlilik oyun deyil” adlı kampaniyaya start verib.Təşkilat uşaq nikahlarını “gender zorakılığının ən dağıdıcı formalarından biri” adlandırıb. “Bu təcrübə uşaqları uşaqlıqlarından məhrum edir, onların təhsilinə mane olur, zorakılığa məruz qoyur və erkən hamiləliyə sürükləyir ki, onların sağlamlıqları və rifahları üçün ciddi risklər yaradır”, - deyə təşkilatın kommunikasiya üzrə direktoru Alisiya Moreno bildirib.

Təşkilatın hesablamalarına görə, indiyə qədər uşaq nikahlarının azaldılması sahəsində əldə olunan irəliləyişə baxmayaraq, problemin tam aradan qaldırılması üçün hələ 300 il lazım olacaq. Uşaq nikahlarının sayının azalmasında ən böyük irəliləyiş Cənubi Asiyada müşahidə olunub, lakin ən çox hal da məhz burada baş verir. 18 yaşına çatmamış ərə verilən qız və qadınların təxminən 45%-i burada yaşayır, onların üçdə biri isə Hindistanın payına düşür.

Qərbi və Mərkəzi Afrikada, eləcə də Latın Amerikası və Karib hövzəsində uşaq nikahlarının yayılması dünya üzrə orta göstəricidən yüksək olaraq qalır və müvafiq olaraq 33% və 23% təşkil edir.

Son illər gender zorakılığının aradan qaldırılması istiqamətində əldə edilən irəliləyiş ciddi təhlükə altına düşüb. Yoxsulluğun artması, silahlı münaqişələr və iqlim böhranı milyonlarla qız uşağını daha həssas vəziyyətə salır. Üstəlik, böhran dövrlərində gender zorakılığı artır, ailələr qızlarını məktəbə göndərməkdən imtina edir və ya onları evləndirməyə üstünlük verirlər.

“Save the Children” təşkilatının 2023-cü il üçün hazırladığı “Qızlar” hesabatında qeyd olunur ki, qız uşaqlarının evliliyə məcbur edilmə hallarının təxminən üçdə ikisi yüksək iqlim riski olan regionlarda – Cənubi Sudan, Burkina-Faso, Efiopiya, Banqladeş, Mali, Malavi və digər ölkələrdə baş verir. Sel, quraqlıq kimi ekstremal hava hadisələri məhsuldarlığın azalmasına və ailələrin gəlirinin azalmasına səbəb olur. Nəticədə, ailələr iqtisadi çətinliklərdən çıxış yolu kimi qızlarını ərə verməyə qərar verirlər.

BMT-nin hesabatına əsasən, uşaq nikahlarının ən çox yayıldığı ölkə 76% göstərici ilə Nigeriyadır. Sonrakı yerlərdə isə Mərkəzi Afrika Respublikası və Çad gəlir. Hər iki ölkədə bu göstərici 61 faizdir. Məktəblərin bağlanması da qız uşaqları arasında məcburi nikah riskini artırır.

“Uşaqlıq sadəcə bir səhnə deyil. Bu, gülə bildiyin, qaça bildiyin və hər şeydən əvvəl oynaya bildiyin bir məkandır. Qız uşağı burada özünü azad, təhlükəsiz və canlı hiss edir. Amma bəzən oyun bitir. Oyunla bərabər başqa şeylər də dayanır: onun gülüşü, səsi və uşaqlığı”, - deyə Moreno bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyul 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri