Icma.az
close
up
RU
Hər izi şəfa olan ocaq Kəlbəcər

Hər izi şəfa olan ocaq Kəlbəcər

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin: “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar” deməsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 illik həsrətdən sonra Kəlbəcəri öz tarixi torpaqlarına qovuşdurdu. Uzun sürən həsrətdən sonra öz dədə-baba yurdlarından uzaq düşmüş insanlar artıq doğma məkanlarında öz həyatlarına davam edirlər. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də ermənilərin vəhşi hucumuna məruz qalıb. İşğal nəticəsində 511 dinc sakin şəhid edilib, 321 nəfər əsir götürülüb və itkin düşüb. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, məktəb, uşaq bağçalarını, kitabxana, mədəniyyət evləri, xəstəxanaları talan edib, rayona milyardlarla ziyan vurublar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, ”Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Bu plana əsasən Kəlbəcər şəhərinin tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Rayon əhalisinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması, həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı zəngin təbiətə malikdir. Rayon ərazisində otuz mindən artıq bulaq var ki, bunlardan da həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağında yerləşir. İstisu mineral suları hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur və daim çağlayan 12 bulaqdan ibarətdir. Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin relyefi dağlıq olan Kəlbəcər rayonu təbii ehtiyatlarının zənginliyi baxımından xüsusi olaraq fərqlənir.

Bu gün Kəlbəcər bütün ölkə üzrə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa prosesinin aparıcı mərkəzlərindən birinə çevrilməkdədir. Yeni yollar, enerji infrastrukturunun yaradılması, “ağıllı şəhər” konsepsiyasına əsaslanan layihələr Kəlbəcərin gələcəyinin necə böyük inkişaf potensialına malik olduğunu göstərir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Kəlbəcərdə səfərdə olması rayonda aparılan nəhəng quruculuq işləri ilə bu diyarın daha da gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata dayanıqlı inkişafının təminatı üçün daha geniş üfüqlər açır. Kəlbəcərin qaytarılması Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Bu hadisə möhtəşəm tarixi Qələbənin bir daha təsdiqidir.

Azad edilmiş torpaqların bərpasının, Azərbaycanın güclü və müasir dövlət kimi inkişafının simvoludur. 25 noyabr Kəlbəcər günü hamçinin vətənpərvərlik ruhunun gücləndirilməsi və gələcək nəsillərə Azərbaycan tarixinin öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Kəlbəcər yenidən doğulur, əzəmətli keçmişinə dayanaraq parlaq gələcəyə doğru inamla addımlayır. Bu Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcər şəhəri günü kimi təsis edilməsi Azərbaycan dövlətinin şanlı zəfərinə verilən yüksək dəyərin təcəssümüdür. Bu gün yalnız azad olunmuş Kəlbəcər günü deyil, həm də bütöv Azərbaycan gücünün, əzminin və qətiyyətinin rəmzi günüdür.

Afaq Sadıqova

BakıDövət Universitetinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri