Icma.az
close
up
RU
Hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da... “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər

Hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da... “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fermer Şahin Nəcəfli Qida Təhlükəsizliyi Agentliyini (AQTA) sərt şəkildə tənqid edib. O, hazırda Rusiya ilə münasibətlərin gərginləşdiyi dövrdə belə Rusiyaya məhsul ixrac edən sahibkarların qarşısında tək maneənin məhz AQTA olduğunu bildirib.

O, qeyd edib ki, Rusiya gömrüyü Azərbaycan məhsullarına qarşı hal-hazırda heç bir ciddi problem yaratmır. Ş.Nəcəfli Rusiyaya məhsul ixrac edən fermerlə söhbətindən sitat gətirir: “Pomidor və ya meyvələrdə hansısa xəstəlik bəhanəsi ilə bizi incitdiklərini deyə bilmərəm. Hazırda yeganə əngəl Qida Təhlükəsizliyi Agentliyidir".

“Heç bir məmur bizə açıq şəkildə “mən qoçuyam, haqq verməlisən” demir. Amma hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da sahibkarın ətrafında “qanun” adı ilə hörümçək toru qurur. O tora ilişmək istəməyən sahibkar isə “ağıllı” olmalı, qanunun sərt yox, “şəfqətli” üzü ilə qarşılaşmalıdır", - fermer əlavə edib.

Onun sözlərinə görə, AQTA üçün bir tərəfdə dövlətin yazdığı qanunlar varsa, digər tərəfdə sahibkarlar üçün qoyulmuş “oyun qaydaları” var: “Əgər bu qaydalara tabe olmasan, yetişdirdiyin məhsullar onların “qanun” adlı toruna ilişib, məhv olur".

Fermer Prezidentin sahibkarların incidilməməsi və qanunsuz yoxlamaların dayandırılması ilə bağlı çağırışını da xatırladaraq bildirib ki, əvvəllər sahibkarları 20-25 qurum yoxlayırdısa, indi yalnız bir qurum – AQTA qalıb, amma bu qurum əvvəlkilərin əvəzini çıxmağa çalışır: “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər – kağız pulu, mürəkkəb pulu, möhür pulu... Dövlət idarələrində bu rüsumlara nəzarət niyə yoxdur? Bir vaxtlar 100 manata başa gələn sənəd indi 1000 manata çıxır. Adını da ‘rəsmi ödəniş’ qoyurlar. Bəs bu rəsmi ödənişin sərhədi, məntiqi hanı?”

Fermer vurğulayıb ki, dövlət qurumları publik hüquqi şəxs adı altında kommersiya qurumlarına çevriliblər və bu sistemdə sahibkarlar az qala “düşmən” obrazında təqdim olunur: “Dövlət məmurunun arxasında hansısa Həsən ağalar və ya hökumət dayanır. Bəs sahibkarın arxasında kim var? Axı dövlət iş adamlarının çiynində dayanır. İş adamının dizinə mıx çalmaq dövlətə xəyanətdir. Bu xəyanətin adını rüşvət qoyublar. “Dinmə, ver” siyasəti ilə iqtisadiyyat inkişaf edə bilməz".

“Hökumət bizi AQTA-ya tapşırsın, Rusiya tərəfi ilə özümüz dil taparıq. Problem Rusiya deyil, problem buradadır", - fermer nöqtəni qoyub.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri