Icma.az
close
up
RU
“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib AZƏRTAC

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirildiyini bildirib.

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə akademiyada Ümummilli Lider haqqında 52 fundamental əsərin, çoxsaylı məqalələrin çap edildiyini bildirib.

Akademik İsa Həbibbəyli təqdimatı keçirilən monoqrafiyada Ümummilli Liderin çoxcəhətli fəaliyyətinin və siyasi baxışlarının hərtərəfli tədqiq olunduğunu bildirib.

“Əsərdə ilk dəfə Heydər Əliyevin milli dövlət ideologiyası Mustafa Kamal Atatürkün və M.Qandinin siyasi ideologiyaları ilə müqayisəli təhlil olunub, dahi liderin siyasi idarəçilik fəaliyyəti, görkəmli dövlət xadimi kimi keçdiyi şərəfli yol zəngin materiallar əsasında fəlsəfi məzmun və mahiyyəti ilə birlikdə elmi obyektivliklə qiymətləndirilib”, - deyə akademik diqqətə çatdırıb.

Təqdimat mərasimində, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, həmin institutun şöbə müdirləri professorlar Rəna Mirzəzadə, Azər Mustafayev, baş elmi işçi Ziba Ağayeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi Günel Aslanlı və başqaları çıxış edərək monoqrafiyanın müəllifin çoxillik gərgin əməyinin nəticəsi olduğunu söyləyiblər. Qeyd olunub ki, monoqrafiyada görkəmli dövlət xadiminin zəngin həyatı və fəaliyyəti müəllifin fəlsəfi baxışları ilə tədqiqata cəlb olunub.

Daha sonra nəşrin müəllifi, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva monoqrafiyanın ərsəyə gəlməsi prosesindən danışıb.

Qeyd edək ki, yeddi fəsildən ibarət monoqrafiyada Ulu Öndər Heydər Əliyevin dövrü və dünyagörüşü tarixi kontekstdə araşdırılır, milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası, azərbaycançılıq ideyası, milli dövlət ideologiyası, milli lider modeli, siyasi sistemin milli və bəşəri qarantının əsas meyarları tədqiq olunub.

Nəşrin elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru Məmməd Rzayev, Kiyev Əqli Mülkiyyət və Hüquq Akademiyasının professoru Arif Quliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri