Icma.az
close
up
RU
HEYDƏR ƏLİYEVİN ƏSAS MƏQSƏDİ BU İDİ...” Keçmiş nazir “ərazi mübadiləsi” iddialarına aydınlıq gətirdi

HEYDƏR ƏLİYEVİN ƏSAS MƏQSƏDİ BU İDİ...” Keçmiş nazir “ərazi mübadiləsi” iddialarına aydınlıq gətirdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan “ərazi mübadiləsi” ilə bağlı müzakirədən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə edib”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ övlət Departamentinin açıqladığı 90-cı illərə aid Qarabağ danışıqları ilə bağlı məxfi sənədləri şərh edərkən bildirib. Açıqlanan sənədlərə görə, guya o zaman “dağlıq Qarabağ”la Ermənistanın ərazisinin müəyyən hissəsinin mübadiləsi planı müzakirə edilib.

Sabiq nazir təəssüflə bildirir ki, əvvəl Robert Köçəryanın kitabında olduğu kimi, indi də o sitatlar bizim mövqeyimizdən deyil, sızan sənədlərin müəlliflərinə faydalı olan məqamlara əsaslanır. Onun sözlərinə görə, bu və ya digər şərhdə ərazilərin “mübadiləsi” mövzusu ön plana çəkilir: “Həmin hadisələrin iştirakçısı kimi nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan tərəfi “mübadilə” mövzusunun müzakirəsindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə edib və R.Köçəryan 1998-ci ilin aprelində buna razılıq verib. Məhz bundan sonra münaqişə reallığa tam uyğun gələn təsnifat – dövlətlərarası ərazi münaqişəsi statusunu aldı”.

T.Zülfüqarov qeyd edib ki, bu müzakirə və danışıqlar vasitəçililərin və Ermənistan tərəfinin qoyduğu “dağlıq Qarabağın statusu” və erməni separatizmini danışıqların əsas mövzusundan kənarlaşdırmağa imkan verdi: “Bizim qarşımıza qoyulan vəzifə münaqişənin "ssenarisini" dəyişmək idi. Prezident Heydər Əliyevin əsas məqsədi də bu idi. Məhz bunun sayəsində bu gün mövqeyimiz imkan verir ki, “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə məhəlləsi” və s. kimi mövzuları gündəmə gətirək. Bu hekayənin sonuna əvvəlcə münaqişə tərəfi, sonra isə “ikinci erməni dövləti” yaratmaq istəyən İrəvanın marionetləri ilə bağlı Bakıda keçirilən məhkəmə prosesində nöqtə qoyulacaq”-deyə, sabiq nazir bildirib.

Xatırladaq ki, həmin dövrdə Tofiq Zülfüqarov xarici işlər naziri olub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri