Hikmət Hacıyev: “Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan beynəlxalq təşkilatların problemləri həll etməsini gözləmir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.
Onun sözlərinə görə, bölgə və bölgədənkənar ölkələr maraqlarını ortaya qoyub regionu inkişaf etdirə bilər:
"Beynəlxalq təşkilatların bizim problemlərimizi həll etməyini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Amma, məsələn, ATƏT iflasa uğramış təşkilat oldu və bölgədə münaqişəsinin həllinə nail ola bilmədi. Onun Minsk qrupu da iflasa uğradı. Nəticədə biz hərbi və siyasi yollarla münaqişəni həll edə bildik, sülhə nail olduq. Azərbaycan və Ermənistan əməkdaşlıq edərək, sülh gündəliyini dərinləşdirirlər".
Prezidentin köməkçisi eyni zamanda əlavə edib ki, Azərbaycan öz gündəliyini özü təyin edir:
"Bəziləri düşünür ki, bu, hərbi güclə bağlıdır. Yanaşmamız odur ki, rəqabətdə iştirak etmirik. Orta güc problemlərin həllinə yönələn bir istiqamətdir. Bundan başqa, Azərbaycan üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın uğurlu nümunəsidir".
Bizim.Media
Baxış sayı:142
Bu xəbər 12 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















