“Hilton Garden Inn Agdam” hotelində 120 nəfər daimi işlə təmin olunub FOTO
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ağdamda “Hilton Garden Inn Agdam” hotelinə media-tur təşkil edilib.
APA-nın yerli bürosu xəbər verir ki, “Hilton Garden Inn Agdam” hotelin direktoru Anar İbrahimov jurnalistlərə müsahibəsində hotellə bağlı bəzi detalları açıqlayıb.
O bildirib ki, hotelin ümumi ərazisi 2 hektardan çoxdur: "Burada inşa edilən bina 3 blokdan ibarət olmaqla 2, 6 və 7 mərtəbəlidir. Binada müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Ümumi 287 yerlik hotel binasında turistlərin istirahətini normla təmin etmək məqsədilə hər cür şərait yaradılıb.
Anar İbrahimov qeyd edib ki, burada iclas zalı, restoran, ictimai – iaşə zonası, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb: "Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir".
Anar İbrahimov hotel binasının təməlinin 2022-ci ildə ölkə başçısı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulduğunu bildirib. Müəssisənin fəaliyyətə başlamasının bölgə turizminə əsaslı təsirindən də söz açıb:
“İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bu hotellər turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















