Icma.az
close
up
RU
Builki “Qara Cümə”də qlobal və Azərbaycan bazarında ən çox tələbat nəyə olub? SORĞU

Builki “Qara Cümə”də qlobal və Azərbaycan bazarında ən çox tələbat nəyə olub? SORĞU

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 dekabr, Vüsalə Səfərova, AZƏRTAC

Hər il noyabr ayının son cümə günü şirkətlərin təqdim etdiyi “Black Friday” (Qara Cümə) adlı kampaniya alıcıların üzünü güldürür. Bu gün böyük endirimlər olduğundan qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır. Əslində ilin 11-ci ayının son cüməsinin adına “Qara Cümə” deyilsə də, bu gün hər iki tərəfin, həm alan, həm də satanların ən sevimli günüdür. Hər il alıcılar tərəfindən böyük səbirsizliklə gözlənilən alış-veriş dövründə alanlar endirimlərdən faydalandığı kimi, satanlar da xeyli məhsul satdığından o cüməni böyük xeyirlə başa vururlar. Hətta ötən əsrin ikinci yarısından başlanan bu kampaniyanın tarixi ilə bağlı bildirilir ki, həmin gün şirkətlərin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilirmiş. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub. Beləliklə, həmin gün bütün dünyada təklif olunan endirimlər və kampaniyalar sayəsində ticarət həcminin artmasına səbəb olur. Hətta bəzən alıcılar növbəti ilin hədiyyələrini də bu xüsusi gündə alırlar. Bunun səbəbi bütün həftə ərzində davam edən endirim və kampaniyalardır.

Builki “Qara Cümə” satışlarında ümumi xərc nə qədər olub və dünyanın bəzi regionlarında endirimlər neçə faiz təşkil edib?

Bu il də “Qara Cümə” satışları beynəlxalq bazarda alıcıların inflyasiyanın ağırlığını hiss etməsinə baxmayaraq yeni rekord həddə çatıb - onlayn satışlar 79 milyard dollar olub. Bu da illik müqayisədə təxminən 6 faiz artım deməkdir. ABŞ-da isə, onlayn satışların gəliri tarixdə ən yüksək səviyyəyə çataraq 11,8 milyard dollar olub ki, bu da 2024-cü ildə xərclənən 10,8 milyard dollardan 9,1 faiz çoxdur.

Bundan əlavə, “Qara Cümə” yalnız məhsul alışı ilə deyil, həm də böyük marketinq kampaniyaları ilə yadda qalır. Tanınmış markalar, həmçinin kiçik və orta bizneslər bu dövrdə satışlarını artırmaq üçün müxtəlif strateji addımlar atır, endirimlər, hədiyyə kartları və xüsusi təkliflər sayəsində alıcıları cəlb edirlər. Nəticədə, “Qara Cümə” yalnız alış-veriş günü olmaqla yadda qalmır, həmçinin qlobal iqtisadiyyata mühüm təsir göstərən əhəmiyyətli bir amilə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu il ən yüksək endirimlər ABŞ-da 35 faiz, Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda 24 faiz və Asiya-Sakit Okean bölgəsində isə 18 faiz olaraq qeydə alınıb. Ümumilikdə isə dünya üzrə bu il orta endirim dərəcəsi 25 faizə çatıb.

“Qara Cümə”də ən çox hansı məhsullar alınıb?

“Qara Cümə”də ən məşhur məhsul kateqoriyalarına elektronika (smartfonlar, televizorlar, noutbuklar), geyim və moda əşyaları, ev əşyaları (mətbəx texnikası, dekor), uşaq oyuncaqları (xüsusən populyar oyun konsolları kimi Nintendo Switch) və kosmetika/parfümeriya düşüb. Xüsusilə elektronika kateqoriyasında smartfonlara olan tələbat kəskin artıb. Belə ki, smartfonların dünyada ümumi alışın 20-30 faiz həddində olduğu təxmin edilir.

2025-ci ilin bazar araşdırmalarına əsasən, qlobal miqyasda ən çox satılan smartfon modelləri siyahısında birinci sırada “iPhone 17 Air”, ikinci sırada “Samsung Galaxy S25 Ultra”, üçüncü sırada isə “OnePlus” qeydə alınıb.

Bəs Azərbaycanda ən çox hansı smartfon modellərinə tələbat olub?

Builki “Qara Cümə”də Azərbaycanda da satışlar yüksək olub. Xüsusilə elektronika məhsulları arasında smartfonlar ön planda olub.

AZƏRTAC-ın ölkənin ən məhşur elektronika məhsulları satan şirkətləri arasında apardığı sorğuya əsasən bəlli olub ki, kampaniya ilə bağlı noyabr ayında şirkətlərin satışlarında kəskin artım müşahidə olunub. Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da “iPhone”, “Samsung”, və “Honor”, “Xiaomi Redmi” kimi markalar üstünlük təşkil edib və bu brendlərin məhsulları ən çox satılanlar arasında yer alıb.

“Irşad Electronics” MMC-dən sorğuya cavab olaraq bildirilib ki, aparılan satış statistikalarına əsasən, noyabr ayı ərzində şirkətdə ən çox satılan smartfon modellərinin siyahısında birinci sırada “Honor X9d”, ikinci sırada “Honor X6c”, üçüncü sırada isə “Xiaomi Redmi 15” qərarlaşıb.

Qeyd olunan dövrdə “Kontakt” mağazalar şəbəkəsində isə ən çox satışı olan smartfon modellərinin siyahısında 1-ci yerdə “Apple”: “iPhone 16” və 17 seriyası; 2-ci yerdə “Samsung” – “Galaxy S24” və S25 seriyası; 3-cü yerdə isə “Oppo” brendinin “A5 Pro” seriyası yüksək satış göstəriciləri ilə öndə olub.

“Almali.az”da isə kampaniya ərəfəsində ən çox tələb olunan modellər “Apple iPhone 17 Pro Max 256gb”, “Apple iPhone 17 Pro 256gb”, “Apple iPhone 16 128gb” olub.

Ümumilikdə, “Qara Cümə” regional və qlobal bazarın vəziyyətini və inkişaf perspektivlərini göstərən mühüm iqtisadi indikator kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri