Hindistan və ABŞ mühüm minerallar üzrə saziş İMZALADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Hindistan və ABŞ hökumətləri mühüm minerallar və nadir torpaq elementləri sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Redaktor.az xəbər verir ki, imzalanma mərasimi ABŞ dövlət katibi Marko Rubio və Hindistanın xarici işlər naziri Subrahmanyam Yayşankar iştirakı ilə Yeni Delhi şəhərində baş tutub.
Cayşankar bildirib ki, imzalanan çərçivə sazişi mühüm mineralların və nadir torpaq elementlərinin, o cümlədən onların hasilatı və emalı sahəsində tədarük təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Onun sözlərinə görə, sənəd mədənçilik, emal, təkrar emal və əlaqəli investisiyalar daxil olmaqla, bütün təchizat zənciri üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Nazir qeyd edib ki, saziş davamlı və şaxələndirilmiş təchizat zəncirlərinin gücləndirilməsinə, maliyyələşdirmə sahəsində əməkdaşlığın asanlaşdırılmasına və resursların səmərəli idarə olunmasına töhfə verəcək.
Rubio isə vurğulayıb ki, Hindistan və ABŞ-nin strateji maraqları innovasiya iqtisadiyyatı üçün vacib olan minerallara etibarlı və uzunmüddətli çıxışın təmin edilməsini tələb edir.
ABŞ dövlət katibi əlavə edib ki, dinamik iqtisadiyyatlar əsas sənaye materialları üzrə tək mənbədən asılı vəziyyətə düşməməlidir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 26 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















