Icma.az
close
up
RU
Fenomenlə evlənmək istədi: Döyülərək öldürüldü

Fenomenlə evlənmək istədi: Döyülərək öldürüldü

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hindistanda sosial şəbəkə fenomeni ilə evlənmək istəyən şəxsin evə icazəsiz daxil olması faciə ilə nəticələnib. Gənc qadının ailə üzvləri və qonşuları tərəfindən döyülən şəxs xəstəxanada həyatını itirib.

“Cebheinfo.az” xəbər verir ki, hadisə Hindistanın paytaxtı Yeni Dehlidə baş verib.

600 mindən çox izləyicisi olan Neha Bisht adlı fenomenin paylaşımlarını uzun müddət izləyən Abhinav adlı şəxs ona qarşı birtərəfli hisslər bəsləməyə başlayıb. Gənc qadının dekabr ayında başqa şəxslə ailə quracağını öyrənən Abhinav onun yaşadığı ünvana gedib.

Noyabrın 7-də Dehlinin Madhu Vihar bölgəsində yerləşən evə icazəsiz daxil olan şəxs Neha Bishtlə evlənmək istədiyini bildirib. Bundan sonra ev sahibinin ailə üzvləri və qonşularla onun arasında mübahisə yaranıb.

İddiaya görə, Abhinav ətrafdakı şəxslər tərəfindən döyülərək ağır xəsarətlər alıb. Hadisə yerinə gələn polis əməkdaşları onun kürəyində və ayağında ciddi yaralar aşkarlayıb. Xəstəxanaya çatdırılan Abhinavın vəziyyəti ağır olub. Bir neçə tibb müəssisəsində müalicə alan şəxs hadisədən təxminən bir həftə sonra dünyasını dəyişib.

Polis araşdırması zamanı məlum olub ki, Abhinav bundan iki-üç ay əvvəl də fenomenin yaşadığı binaya gedibmiş. Həmin vaxt özünü qadının qardaşının dostu kimi təqdim etdiyi bildirilir.

Neha Bisht polisə verdiyi şikayətdə həmin şəxsin aylardır onu narahat etdiyini, evə icazəsiz daxil olduğunu və ailəsini təhdid etdiyini iddia edib. Hadisədən sonra fenomenin 64 yaşlı atası Virender Bisht və ailənin yaşadığı evdə kirayəçi olan 34 yaşlı şəxs saxlanılıb. Hər iki şübhəli həbs edilərək istintaq təcridxanasına göndərilib.

Hazırda polis hadisədə fenomenin qardaşının və digər qonşuların iştirakının olub-olmadığını araşdırır. Ərazidəki müşahidə kameralarının görüntüləri də təhlil edilir.

Qeyd edək ki, Neha Bisht hadisədən əvvəl sosial şəbəkə hesabında nişan və toy hazırlıqları ilə bağlı paylaşımlar edirmiş.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri