Icma.az
close
up
RU
Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 iyul, AZƏRTAC

“Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan layihələrində payçı olan Hindistanın “ONGC Videsh Limited” şirkətinin baş maliyyə direktoru Anupam Agarvalın rəhbərlik etdiyi nümayəndə heyəti Səngəçal terminalında olub.

AZƏRTAC xəbər verir ki, terminalda qonaqları qarşılayan bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli onlara Azərbaycanın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verib.

Dünya tarixində Azərbaycanın əldə etdiyi ilklər, neft sənayesində birinciliklər qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada ilk dəfə mexaniki üsul ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən uzun neft kəməri (833 kilometr) olub. Mtsxeta şəhəri yaxınlığında Bakı-Batumi marşrutu üzərində olan və bu günümüzə qədər gəlib çatmış 16 nasos stansiyalarından biri hazırda Gürcüstanın mədəni irs siyahısına daxil edilib.

Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu “Ginnesin Rekordlar Kitabı”na ilk dəniz neft platforması kimi düşüb.

Qivami Rəhimli qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalayıb. Bu müqavilə keçmiş Sovet məkanında imzalanmış ən böyük hasilatın pay bölgüsü sazişi olaraq ölkəmizin sürətli inkişafına təkan verib onu regional enerji mərkəzinə çevirib.

Qonaqlar avtobusla Səngəçal terminalının ərazisinə gedərək oradakı texnoloji proseslər barədə ətraflı məlumat alıblar. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağındakı platformalardan hasil olaan neft və “Şahdəniz”dən çıxarılan qaz terminala daxil olur və bu gün Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə dünya bazarına ixrac edilir. Dünyanın ən böyük terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 81 milyon kubmetr qaz emal etmək gücünə malikdir.

Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir.

bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalı inteqrasiya edilmiş neft-qaz terminalı kimi dünyada unikal xarakter daşıyır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası, “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının terminaldakı nəzarət-idarəetmə mərkəzi ilə də tanış olublar.

Qeyd olunub ki, ACE platforması Xəzərdə sahildən idarə edilən ilk dəniz platformasıdır. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılır. Bu da öz növbəsində proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradan ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir.

Qivami Rəhimli vurğulayıb ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib və Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində çox mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri