Icma.az
close
up
RU
Hipertoniya və aritmiya təsir edir, qan təzyiqini aşağı salır Bu meyvədən istifadə edin

Hipertoniya və aritmiya təsir edir, qan təzyiqini aşağı salır Bu meyvədən istifadə edin

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həkim-dietoloqlar uzun müddət bananın faydası və ziyanını, eyni zamanda orqanizmə təsirini öyrəniblər. Bananın tərkibi karbohidartlarla zəngin olduğu üçün ilk növbədə enerji mənbəyi sayılır.

Sağlamolun.az bananın faydası və zərəri haqqında yazını təqdim edir:

İlk növbədə bildirək ki, banan kalium mənbəyidir. Dietoloqların hesablamalarına əsasən, üç bananın tərkibində orqanizmin sutkalıq kalium norması var. Bu isə ürək-damar sisteminin normal fəaliyyətinə şərait yaradır. Məhz bu səbəbdən həkimlər hipertoniya və aritmiyadan əziyyət çəkən insanlara banan yeməyi məsləhət görürlər. Bundan əlavə, bananın tərkibində olan kalium qan təzyiqini də aşağı salır.

Bu tropik meyvə anemiyanın müalicəsində də istifadə edilir. Çünki onun tərkibində dəmir var. Bu mikroelement qanı artırır, orqanizmin qan dövranı funksiyasını yaxşılaşdırır. Bananın tərkibində olan maqnezium stresslərin yaranma ehtimalını azaldır. Bu isə yaz avitaminoz və payız depressiyası dövründə böyük rol oynayır. Sözügedən dövrlərdə insanın sinir sistemi bu və ya digər stress vəziyyətlərinə görə daha çox ziyana məruz qalır.

Banan mədə üçün çox yumşaq qidadır. Məsələ burasındadır ki, bananın bitki bazası lifdir, bu isə mədənin selikli qişasına müsbət təsir edir, mədə divarını qətiyyən zədələmir.

Bundan əlavə, banan qidanın intensiv və düzgün həzmini həyata keçirdiyi üçün orqanizmdəki artıq mayenin ifraz edir.

Eyni zamanda bananın tərkibinin sellülozla zəngin olduğunu qeyd etmək lazımdır. Bu xüsusiyyəti sayəsində banan yumşaldıcı vasitə kimi də istifadə edilir və qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür.

Bundan əlavə, qida sahəsi üzrə mütəxəssislər qeyd ediblər ki, bananın tərkibində elə maddələr var ki, strukturuna görə serotoninə (xoşbəxtlik hormonu) oxşardır. Bu maddələr müntəzəm olaraq banan qəbul edən insanlara daha şən olmağa və özünü güclü hiss etməyə şərait yaradır. Bu insanların əhval-ruhiyyəsi qalxır və zehni fəaliyyətləri aktivləşir.

Təəssüf ki, bütün faydaları ilə yanaşı bananın orqanizmə ziyanı da var. Məsələn, qan laxtalanması yüksək olan insanlar üçün banan yemək olmaz. Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkən insanlara da banan məsləhət görülmür.

İnfarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.

Unutmayın, banan qidalı və faydalı tropik meyvədir. Banan qəbul etmək insana vitaminlər və minerallar arasında orqanizmin balansını dəstəkləməyə imkan verir. Təəssüflər olsun ki, hər insana banan yeməyə icazə verilmir, çünki bu meyvənin orqanizmə faydası olduğu kimi ziyanı da var.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri