Icma.az
close
up
RU
Hirslə deyil, əzmlə: Gənc məzunlara yol göstərən düşüncələr... Professor Nazifə Güngör yazır

Hirslə deyil, əzmlə: Gənc məzunlara yol göstərən düşüncələr... Professor Nazifə Güngör yazır

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il də ölkəmizdəki universitetlər çoxsaylı məzunlarını coşqulu şəkildə  yola saldı. Məzuniyyət mərasimləri, diplomların təqdim edilməsi və gələcəyə açılan qapılar, gənc insanların həyatında önəmli dönüm nöqtələridir. Mən də rəhbərlik etdiyim Üsküdar Universitetinin məzuniyyət mərasimində çıxış edərək, gənclərimizə bəzi vacib məqamları xatırlatmağı özümə borc bildim.
Çıxışımda xüsusilə hirs (tamah, ehtiras) və əzm (qətiyyət, səbir və davamlılıq) arasındakı fərqlərin altını cızmağa çalışdım. Müşahidələrim göstərir ki, xüsusilə peşə həyatına yeni qədəm qoyan gənclər bu iki anlayışı çox zaman bir-birinə qarışdırırlar. Halbuki bir işdə uğur qazanmaq üçün ehtiraslı və ya əzmli olmaq lazım olduğunu qəbul etsək belə, bu anlayışların mahiyyət etibarı ilə bir-birinin əksi olduğunu gözardı edə bilmərik.
Əlbəttə ki, hirs insanı müəyyən mənada uğura aparır. Ancaq bu uğurun insana nə qədər mənəvi zövq verdiyi sual altındadır. Hirs insanın motivasiyasını artıra bilər, lakin onu daimi və gərgin rəqabətə, başqalarını keçmə ehtirasına sürükləyir. Bu cür yanaşma insanın məhsuldarlıqdan, işin özündən zövq almasını arxa plana atır. Nəticədə insanın məqsədi artıq faydalı olmaq, dəyər yaratmaq deyil, sadəcə digərlərini geridə buraxmaq olur. Bu isə zaman keçdikcə insana sevinc yox, tükənmişlik və əzab gətirir. Hirs, qidalandırıcı kimi görünə bilər, lakin əslində istehlak edici, yoran bir duyğudur. Əzm isə həm bəsləyir, həm də insanı inkişaf etdirir, zənginləşdirir.
Hirslə yaşayan insanın kamilləşməsi, özünü aşması, ətrafı ilə sağlam münasibətlər qurması çətindir. Hirsli insanlar sosial münasibətlərdə problemlər yaşayar, ətrafdakı insanları rəqib olaraq görər və onlarla əməkdaşlıq yerinə yarışa girərlər. Bu da iş mühitində kliklərin – kiçik, gizli güc qruplarının – yaranmasına səbəb olar.

İş yerində bu cür kliklər bəzən saxta bir həmrəylik hissi yaratsa da, əslində bunlar kiçik iktidar (hakimiyyət) sahələridir. Klikin lideri bu quruluşu öz maraqları üçün idarə edər. Üzvlər dediqodu və manipulyativ məlumatlarla istiqamətləndirilər və zamanla bu strukturun içində həm fərdi inkişaflarını, həm də işə verdikləri dəyəri itirərlər. Sosial psixologiya professorumuz Ünsal Oskay da dərslərində bu klik mədəniyyətinin necə dağıdıcı ola biləcəyini təkrar vurğulayardı. Kliklər, öz daxilində yaradıcı enerjini boğar, insanları yalnız rəqabətə sürükləyər və nəticədə insanlar öz-özlərini istehlak edərlər.
Bu cür kliklərin varlığı yalnız fərdi səviyyədə deyil, eyni zamanda qurum mədəniyyətinə də zərər verir. Bir klikin mövcudluğu, başqalarının da yaranmasına səbəb olar və nəticədə iş mühiti bir çox bölünmüş, bir-biri ilə ziddiyyətli qruplardan ibarət hala gələr. Bu vəziyyət təşkilatın effektivliyini azaldar və ümumi məqsədlərin reallaşmasına mane olar. Təəssüf ki, bu mənzərə bu gün bir çox qurumlarda müşahidə olunur və bu da insanların iş yerlərində aidiyyət hissi qazanmalarına ciddi şəkildə mane olur.

Kliklərin təsirində olan fərdlər işlərini dəyər yaratmaq üçün deyil, rəqibləri keçmək üçün görürlər. Bu isə onların ideallar formalaşdırmalarına, vizion sahibi olmalarına mane olur. Nəticədə qurum mədəniyyəti yerinə klik mədəniyyəti üstünlük təşkil edir və bu da həm təşkilatın, həm də fərdlərin inkişafına əngəl yaradır.
Oysa ki, hər bir insanın daxilində iş və yaradıcılığa yönəlmiş təbii bir enerji vardır. İnsanlar cəmiyyətə, insanlığa və dünyaya fayda verdikcə, özlərini daha mənalı və xoşbəxt hiss edərlər. İş və istehsal fərdi məqsədlərlə məhdudlaşmamalı, daha geniş – sosial və bəşəri hədəflərə yönəlməlidir. Yalnız bu zaman insan həqiqi mənada böyüyər və güclənər. Çünki istehsal etmək – dəyər yaratmaq deməkdir və insan, istehsal etdikcə həm azadlaşır, həm də insan kimi mənalandığını hiss edir.
Həyata gözlərini açan hər bir insanın, içində doğduğu cəmiyyətə, insanlığa və təbiətə dəyər qatmaq kimi bir vəzifəsi vardır. İnsan olmanın əsas şərti də budur. Bunun üçün isə içimizdəki yaradıcılıq və çalışma enerjisini tapmaq, bu enerjini hirslə deyil, əzm və şövqlə ortaya qoymaq lazımdır. Əsl xoşbəxtlik də budur.
Nazifə Güngör
Üsküdar Universitetinin rektoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri