Hitlerin “Qurd yuvası”nda fəaliyyət göstərib: Əfsanəvi sovet kəşfiyyatçısı öldü
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əfsanəvi sovet kəşfiyyatçısı Gennadi Yuşkeviç vəfat edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Onun 97 yaşı var idi.
Gennadi Böyük Vətən Müharibəsi illərində gənc ikən partizanlara qoşulub. 14 yaşında “Çayka” təxribat-kəşfiyyat qrupunun döyüşçüsü olub, 16 yaşında isə “Cek” xüsusi kəşfiyyat qrupunun ən gənc üzvü olub (onlardan artıq sağ qalanı yoxdur).
Məhz bu qrupun üzvləri 1944-cü ilin iyulunda Şərqi Prussiyaya girib və Hitlerin qərargahı olan “Qurd yuvası”nın yaxınlığında fəaliyyət göstərib.
“Cek” 1944-cü ilin iyul-dekabr aylarında Şərqi Prussiyada fəaliyyət göstərən 3-cü Belarusiya Cəbhəsi Kəşfiyyat İdarəsinin 3-cü (təxribat) şöbəsinin xüsusi təxribat və kəşfiyyat qrupu idi. Əvvəlcə kapitan Pavel Krılatıxın ("Cek") komandanlığı altında 10 nəfərdən ibarət qrup olub. Yuşkeviçin operativ çağırış nişanı “Qartal” olub.
Yuşkeviç 1-ci və 2-ci dərəcəli Vətən Müharibəsi, 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif edilmişdi.(publika.az)
Baxış sayı:104
Bu xəbər 30 May 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















