Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Hökuməti böyük islahatlara başlamağa dəvət edirəm””

“Hökuməti böyük islahatlara başlamağa dəvət edirəm””

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qüdrət Həsənquliyev: “İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”

“Hörmətli sədr, öncə sizi martın 11-də qonşu ölkə Gürcüstana dostluq və əməkdaşlığın inkişafına töhfə verəcək uğurlu səfərə görə təbrik edirəm və hörmətli Baş nazirin təbriklərinə qoşuluram. Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaydıqları məlumatlara görə, Ermənistanla sülh sazişinin mətni razılaşdırılıb, Ermənistan Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan bütün təkliflərini qəbul edib. Bu, böyük diplomatik uğura görə, Azərbaycan Respublikası Prezidentini, hökumət üzvlərini, xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Hökumətə, görülən işlərə xüsusilə Qarabağda aparılan bərpa-quruculuq işlərinə görə öz minnətdarlığımı bildirirəm”.

Moderator.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“İnsanlarımızı ən çox narahat edən məsələ...”

Millət vəkili əlavə edib: “2000 il əvvəl böyük filosof və Roma imperatoru Markus Aurelius deyirdi ki, “çox və davamlı tərif asılılıq yaradır”. Müasir elmi araşdırmalar da bunu təsdiq edir. Ona görə istərdim ki, hesabatla bağlı toxunmaq istədiyim məsələləri təklif və sual kimi qəbul edəsiniz.

Öncə diqqəti ona cəlb etmək istəyirəm ki, insanlarımızı ən çox narahat edən məsələ ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. İnsanlar qazanclarının böyük hissəsini ərzaq məhsulları almağa yönəldir. Hesabatda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsal qiyməti hesabat dilində 4,7 faiz artıb. Amma onların pərakəndə satış nöqtlərində qiymətlərinin nə qədər qalxması barədə məlumat yoxdur. Hesabatda o da öz əksini tapmayıb ki, hansı ərzaq məhsulu ilə əhalini hansı həcmdə yerli istehsal hesabına təmin edirik. Hesabatla tanışlıq zamanı bəlli olur ki, 2024-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcədən 362,5 milyon manat subsidiya ayrılıb, 50,6 milyon manat güzəştli kreditlər verilib, kənd təsərrüfatı texnikası alınması üçün 80,8 milyon manat, damazlıq heyvan alışı üçün 17,4 milyon manat güzəşt vəsaiti ayrılıb və s. Bu heç də az vəsait deyil, amma qarşılığında nə müşahidə edirik? Ərzaq məhsullarının ölkəmizə idxalı son illər davamlı olaraq artmaqdadır. Hesabat ilində əkin və çoxillik əkmələrin sahəsi əvvəlki illərlə müqayisədə 6,5 faiz, dənli və dənli paxlalıların əkin sahəsi 7,7 faiz artsa da, bitkiçilik məhsulları üzrə artım 1,1 faiz, heyvandarlıq məhsulları üzrə artım isə 1,7 faiz olub. Hökumətin bu sahəyə nəzarəti gücləndirməsinə, şəffaflığın artırılmasına, bacarıqlı və yüksək ixtisaslı kadrlar hesabına bu sahənin inkişaf etdirilməsinə ciddi ehtiyac var”.

“44 mindən artıq qeydiyyatsız obyektlərin sənədləşdirilməsi...”

Millət vəkili həmçinin bildirib: “Təəssüf ki, hesabatda bu və ya digər sahələrdə hökumətin üzləşdiyi çətinliklər və problemlər, onların həllinə dair düşüncələr və planlar barədə heç nə göstərilmir. Zamanın azlığını nəzərə alıb, hökumət üzvlərinə 3 sualla müraciət etmək istəyirəm. Birinci sualım ondan ibarətdir ki, bir il öncə biz, hökumətin öz təklifi ilə müxtəlif qanunvericilik aktlarına dəyişiklik etdik və bizə verilən məlumata görə, 44 mindən artıq qeydiyyatsız obyektlərin sənədləşdirilməsini qanunvericilik qaydasında hökumət qarşısında bir vəzifə kimi qoyduq. Bilmək istərdim ki, neçə belə obyekt rəsmi qaydada qeydə alınıb, hökumət keçən dövrdə bu işin öhdəsindən necə gəlib?

İkinci sual ondan ibarətdir ki, az qala hər il mütəmadi olaraq rəsmilər tərəfindən deyilir ki, qeydiyyatsız yüzminlərlə fərdi yaşayış evləri sənədləşdiriləcək, ancaq bu edilmir. Bunun da səbəblərini bilmək hər birimiz üçün maraqlı olardı.

“Niyə bu tikinti şirkətlərinə verilmir ki...”

Üçüncü sualım isə həm də deputat həmkarım Fazil Mustafanın qaldırdığı məsələ ilə birbaşa bağlıdır. Yəni hər dəfə yağış yağanda su içərisində qalan evlər və qəzalı vəziyyətdə olan binalarla. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə verilmir ki, insanlar minimal standartlara cavab verən evlərdə insan kimi yaşasın, kanalizasiya xətləri çəkilsin, yollar abadlaşdırılsın. Keçən il evlərini su basmış insanlar-onların arasında yaxından tanıdığım çoxlu insan var idi- evlərindən suyun yanğınsöndürən maşınlarla çəkilməsi üçün kömək istəyirdi. Biz onlara necə kömək edə bilərdik? Hər dəfə deyilir ki, bu proses yaxın vaxtlarda başlayacaq, amma illər keçir heç nə başlamır. Bakı şəhərinin baş planı təsdiq olunub, niyə mənzil tikintisinə icazə verilməsi səlahiyyətləri yerli dövlət hakimiyyəti orqanlarına verilmir? Bir neçə il öncə pilot layihələr kimi icra hakimiyyəti başçılarına tikintiyə icazə vermək səlahiyyətləri veriləndə Nəsimi, Nərimanov kimi rayonlarda evlərin 1 kvadratmetrinin qiyməti 1000 manat idi. İndi həmin ərazilərdə ən azı 2500-3000 manatdır. O zman minlərlə ailə mənzil şəraitini yaxşılaşdırdı. Bu gün tikinti şirkətlərinə icazə verilsə, bu sahəyə əlavə olaraq milyardlarla dollar investisiya qoyuluşuna, onminlərlə insanı tikintidə və əlaqəli sahələrdə işlə təmin etməyə nail ola, büdcəyə yüzmilyonlarla əlavə vəsait cəlb edə bilərik. Əminəm ki, hökumət üzvləri də bunu bilir. İstərdim hökumət Milli Məclisə məlumat versin ki, mənzil tikinisi niyə azalıb və bu sahədə vəziyyəti dəyişmək üçün yaxın vaxtlarda hansı addımlar atmaq planlaşdırılır?

“Bu artım yetərli deyil...”

Sonda onu da qeyd etmək isəyirəm ki, burada çox qeyd olundu ki, bizim ümumi daxili məhsulda 4,7 faizlik artım müşahidə olunub. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, biz bu artım tempi ilə Qərbi Avropa ölkələrində adam başına düşən ümumi daxili məhsulun həcminin 50 faizinə çatmaq üçün gərək ən azı hər il ümumi daxili məhsulun artımı 10-15 faiz olsun. Ona görə də bu artım yetərli deyil. Ölkədə köklü islahatlar aparılmalıdır. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, güclü məhkəmə hakimiyyəti yaratmaqla mülkiyyət toxunulmazlığına təminat verilməli, əlverişli biznes mühiti yaradılmalıdır. Yəni ciddi islahatlara getmədən indiki artım tempi ilə qeyd etdiyim kimi bizim inkişaf etmiş ölkələrə nəinki çatmaq, hətta yaxınlaşmaq imkanlarımız belə mümkünsüzdür. Bu isə birbaşa insanların həyat şəraiti, yaşayışı, güclü ordu deməkdir. Sadəcə olaraq bunları bir daha sizlərin diqqətinə çatdırmaq istəyirəm və hökuməti böyük islahatlara başlamağa dəvət edirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri