Icma.az
close
up
RU
Homay türk xalqlarının birlik himni So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Homay türk xalqlarının birlik himni So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Teymur Mərdanoğlu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi:

- Gəlin bir anlıq uşaqlığımıza qayıdaq...

"Evdə tək" filmindəki ev satışa çıxarılıb" başlıqlı xəbərlərlə ötən il mətbuatdan yəqin ki, çoxunuz tanışsınız.

Bir anlıq hər kəs kimi, uşaq vaxtı dəfələrlə izlədiyim filmin kadrları, evin görüntüsü və azyaşlının evi qarət etmək istəyən iki şəxsin başına açdığı oyunlar gözümün önündən keçdi.

1990-cı il istehsalı olan "Evdə tək" filminə inana bilmərəm kimsə, bir dəfə də olsa baxmasın. Qış aylarında, yeni il ərəfəsində dəfələrlə nümayiş olunan filmi izlədikcə hər zaman "bizdə də belə qar yağsaydı" sözlərini bəlkə də, dəfələrlə demişik.

Filmə sözüm yox, filmin çəkildiyi ərazilərə gəlin birgə nəzər salaq.

Qeyd edim ki, filmin bəzi səhnələri - Nyu-York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan "Sentral park"da çəkilib. İllik orta hesabla 25 milyon ziyarətçi qəbul edən Mərkəzi Park, Nyu-Yorkun simvollarından biri sayılmaqla yanaşı, ən çox ziyarətçi qəbul edən şəhər parkıdır.

Bu yaxınlarda Nyu-Yorkda "Sentral park"da olma şansım oldu. Elə "Evdə tək" filmini xatırlayaraq həmin səhnələrin çəkildiyi ərazilərə daha yaxından baxdım, filmin  fraqmentlərini xatırladım. Məni uşaqlığıma qaytaran həmin yerlərin fotolarını sizinlə də, paylaşmaq istədim.

Xaqani Səfəroğlu, jurnalist:

- Başqırdıstanın "Ay Yola" qrupunun "Humay" ("Homay") mahnısı bir həftədir bütün dünyanı şoka salıb. Rusiyanın bütün türk respublikaları, Orta Asiya dövlətlərinin milyonlarla vətəndaşı bu qədim türk mifologiyası əsasında elektro-etnik ladında yazılmış mahnını dəlicəsinə oxuyur, rəqs edir, mill şüarlar qışqırırlar. Mahnı beynəlxalq musiqi çartlarında ağlasığmaz sürətlə irəliləyərək əfsanəvi Ledi Qaqanı geridə qoyub.  Mahnı türk xalqlarının birlik himninə çevrilməkdədir.

Artıq Qazaxıstan, Qırğızıstan, Özbəkistanda bu musiqi kult halını almaqdadır.

Ukraynada mahnı bütün musiqi çartlarını darmadağın edib.

Rusiyada mahnını doğurduğu effekt narahatlıq yaradıb. Musiqi qrupu mahnının qədim başqırd əfsanəsinin motivləri əsasında yazıldığını desə də, "Humay" milli kimlik, azadlıq və müstəqillik sloqanları ilə müşayiət olunur.

Rusiyanın türk respublikalarında bu mahnı mill-etnik-mədəni mesajları ilə sürətlə yayılır.

Mahnını sözləri qədim başqırd əfsanəsi olan "Ural-Batır"dan götürülüb.

Elxan Şahinoğlu, politoloq:

- Prezident İlham Əliyevin ADA-dakı forumda çıxışında Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi ilə bağlı sözləri diqqəti cəlb edib. Çünki bu dövlət başçısı səviyyəsində ilk dəfəydi səslənirdi. Əlbəttə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə Prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirildi. Bu vasitəçilik Azərbaycan üçün ona görə əhəmiyyətliydi ki, ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Tel-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb.

Fikrimcə, Azərbaycan bu gərginliyin ortadan qaldırılması üçün yenə fəallığını artırıb. Bu mənada qısa zaman kəsiyində Prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirib. İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir. Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ Evdə görüşdə Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi müsbət fikirlər İsraili Türkiyə ilə qarşıdurmadan çəkindirməlidir. Bakı kimi, Vaşinqton da Türkiyə-İsrail gərginliyinin azalmasında maraqlıdır. Bu mənada Ankara ilə Tel-Əviv arasında yenidən dialoq imkanlarının formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini birləşdirə bilərlər.

Asif Nərimanlı, jurnalist:

- Sərhəddə atəşkəsin pozulması hallarının intensivləşməsində Ermənistanın konkret hədəfləri var. Bu haqda daha öncə də yazmışdıq:

- İrəvan 17 maddəlik sülh sazişi mətninin indi imzalanmasını və Bakının digər tələblərinin arxa plana keçməsini istəyir;

- Buna razı olmayan Bakıya beynəlxalq müstəvidə çağırışlar/təzyiq kampaniyası təşkil etməyə cəhd edir;

- Sərhəddə atəşin açılması da beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etmək, "regionda sabitliyin təmin edilməsi razılaşdırılmış sülh mətninin təcili imzalanmasından keçir" rəyini yaratmağa hesablanıb;

Bu kontekstdə İrəvanın atəşkəsin pozulması planını mərhələli şəkildə həyata keçirməsi diqqət çəkir.

Birinci mərhələ: "təkzib" və məsuliyyətdən yayınma cəhdi;

Martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişi mətni üzərində razılığa gəldiyi rəsmi şəkildə elan edildi. İrəvan bəyan etdi ki, "mətn indi imzalanmalıdır", Bakı cavabında "hələ hər şey bitməyib" bildirdi. Martın 16-dan etibarən Ermənistan atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə Azərbaycanın "atəşkəsin pozulması" haqda açıqlamaları təkzib edən Ermənistan faktı gizlədə bilmədiyini anlayanda "havaya bir neçə atəşin açılması atəşkəsin pozulması məqsədi daşımır" kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışdı. Bununla İrəvanın "sülh sazişi indi imzalanmalıdır" mövqeyinə müəyyən qədər dəstək də əldə etdi, xüsusilə Avropadan edilən çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə təsir etmədiyini görəndə yeni mərhələyə strat verildi.

İkinci mərhələ: "mülki hədəflər" iddiası;

Ermənistan "Azərbaycan Zəngəzur bölgəsində yaşayan erməni sakinləri hədəfə alır" iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin pozulması faktını Bakının üzərinə qoymaq məqsədi daşımır, həm də beynəlxalq diqqəti nəticəyə - sülh sazişi mətninin indi imzalanması - təsir edə biləcək səviyyədə çəkmək planının tərkib hissəsidir.

Üçünc mərhələ: esakalasiyanın böyüməsi;

Ermənistan "mülki hədəflər" planı ilə istədiyinə nail ola bilməsə - olacağı çətin görünür, atəşkəsin pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər genişləndirə bilər.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

Prezident tərəfindən təsdiqlənmiş "Azərbaycanın Süni İntellekt Strategiyası" ölkəmizdə rəqəmsal inkişafın və yeni texnologiyaların geniş tətbiqini sürətləndirmək üçün mühüm bir mərhələdir. Strategiyanın əsas məqsədlərindən biri - Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsidir.

Artıq bu sahədə kadr potensialının gücləndirilməsi üçün konkret addımlar atılır. Strategiyada bu məqsədlə Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulub.

Görəsən, hansı qurum bunu yaradacaq?

Artıq görmək olur ki, belə bir bu qurum formalaşdırılıb. Strategiyanın bu bəndinin icrası üçün əsas məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.  Nazirliyin 3 il bundan öncə fəaliyyətə başlayan Süni İntellekt Laboratoriyasının (Aİ Lab)  resurslarından görsənir ki, Aİ Academy (aiacademy.az) Nazirliyin təşəbbüsü ilə artıq fəaliyyətə başlayıb.

Aİ Lab-ın ən önəmli təşəbbüslərdən biri də elə yeni yaradılan tədris mərkəzi - "AI Academy"dir. Burada tam ödənişsiz şəkildə dərslərin təşkili, yüksək ixtisaslı yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq nəzərdə tutulub.

"AI Academy", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və xarici partnyorların iştirakı ilə dərslərə başlamaq üçün elanlar verilib.

Tədris proqramına hələlik  aşağıdakı istiqamətlər daxil edilib:

l Süni intellekt üçün riyaziyyat

l Süni intellekt mühəndisliyi

l Menecerlər üçün süni intellekt

"Aİ Academy"yə uğurlar arzulayırıq!

Yeri gəlmişkən, Süni İntellekt Strategiyasının hazırlanmasında yaxından iştirak edən AI Lab hazırda AzİnTelecom tərəfindən elan edilmiş və ölkə üzrə Süni İntellekt Laboratoriyasının qurulması ilə bağlı tender layihəsinin də əsas sifarişçisidir.

Bu laboratoriyanın məqsədi, ölkədə süni intellekt həllərinin yaradılması və inkişaf etdirilməsi üçün güclü hesablama və texnoloji infrastrukturun - Superkompüter Mərkəzinin qurulmasıdır. Bu resursun gələcəkdə həm dövlət, həm akademik və özəl sektor, həm də startaplar tərəfindən istifadə ediləcəyi gözlənilir.

Xatırladıram ki, bu, artıq ölkədə ikinci bir Superkompüter Mərkəzidir. Bundan öncə də İN tərəfindən elan edilən tenderin qalibi olan "Caspel" şirkəti hazırda böyük bir Superkompüter Mərkəzinin qurulmasını başa çatdırmaq üzrədir.

Eyni zamanda müşahidələrimiz göstərir ki, özəl sektor da RİNN və universitetlərlə yanaşı süni intellekt sahəsində kadrların hazırlanmasında  aktiv fəaliyyətə göstərirlər. Tanıdığım bir neçə belə peşəkar kurslar, tədris mərkəzləri də fəaliyyətdədir.

Düşünürəm ki, RİNN, ETN və digər əlaqəli qururmların bu tip peşəkar mərkəzlərə də dəstək verməsi, xarici partnyorların bu qurumlarla da əməkdaşlığının təşkilinə köməklik göstərməsi vacibdir və bu çox faydalı olardı.

Bütün bu addımlar təqdirəlayiqdir və düşünürəm ki, Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi yolunda strateji və praktiki irəliləyişlərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see290

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri