Hövsanda dənizdə 13 yaşlı qız batdı
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hövsanda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb, üçü isə boğulma təhlükəsindən xilas edilib.
Bu barədə Hurriyyet.info Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.
Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Avqust 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















