Icma.az
close
up
RU
Huawei ilk dəfə Ascend süni intellekt çiplərinin istehsalında gəlirlilik əldə etdi

Huawei ilk dəfə Ascend süni intellekt çiplərinin istehsalında gəlirlilik əldə etdi

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif - Eldar Kərimov - Banco.az

Çin şirkəti "Huawei" öz istehsal xəttindən ən yeni "Ascend 910C" süni intellekt çiplərinin istifadəyə yararlılıq nisbətini təxminən bir il əvvəlki 20%-dən 40%-ə qaldırıb, bu barədə "Financial Times" məlumatlı mənbələrə istinadən yazır.

Mənbələrin sözlərinə görə, bu göstəricinin yaxşılaşması sayəsində "Ascend"in istehsalı ilk dəfə gəlirli olub.

İndi şirkət istifadəyə yararlı çiplərin payını 60%-ə çatdırmağı hədəfləyir ki, bu da belə məhsullar üçün sənaye standartına uyğundur.

Hazırda Çində süni intellekt çipləri bazarında lider Amerika şirkəti "Nvidia"dır, lakin Çin hakimiyyəti yerli texnoloji şirkətləri "Huawei"dan məhsul alımlarını artırmağa çağırır və ölkəni müasir çiplərlə tam özünü təminat səviyyəsinə çıxarmaq istəyir.

Dünyanın aparıcı sifarişli çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) 2020-ci ildə Vaşinqtonun "Huawei"ya Amerika texnologiyalarından istifadə edən istehsal imkanlarına çıxışı qadağan etməsindən sonra "Ascend" çiplərinin istehsalını dayandırmaq məcburiyyətində qalmışdı.

"Huawei" "Ascend" istehsalını Çin şirkəti "Semiconductor Manufacturing International Corp." (SMIC) ilə tərəfdaşlıqda yenidən başladdı.

Britaniya qəzetinin mənbələrinə görə, "Huawei" bu il 100 min "Ascend 910C" və 300 min daha az müasir "Ascend 910B" çipi istehsal etməyi planlaşdırır. Ötən il şirkət 200 min "Ascend 910B" çipi istehsal etmişdi, "910C"nin kütləvi istehsalı isə aparılmamışdı.

Bu rəqəmlərə əsasən, "Nvidia" Çində satılan süni intellekt çiplərinin sayına görə lider olaraq qalacaq, "FT" yazır. "SemiAnalysis" konsaltinq şirkətinin məlumatlarına görə, Amerika şirkəti 2024-cü ildə ÇXR-ə 1 milyon "H20" çipi tədarük edib - bu, ABŞ-ın Çinə ixrac məhdudiyyətlərinə uyğunlaşdırılmış, "Hopper" flaqman süni intellekt çiplərinin "sadələşdirilmiş" versiyasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri