Hulen Lopetegi: “Bu nəticə tarixə düşəcək”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qətər millisinin baş məşqçisi Hulen Lopetegi 2026-cı il dünya çempionatının ilk turunda İsveçrə ilə 1:1 hesablı heç-heçə ilə bağlı fikirlərini bildirib.
İdman.Biz bildirir ki, Asiya komandası 90+4-cü dəqiqədə hesabı bərabərləşdirib.
“Komandamla fəxr edirəm. Oyunçulara dedim ki, qol vurmasaydıq və heç-heçə etməsəydik belə, bu gün göstərdikləri münasibət və intizamdan məmnun qalacağam. Amma xoşbəxtlikdən qol vurmağı bacardıq və bu, tarixə düşəcək. Bəzən bir az bəxtimiz gətirirrdi, amma həyatda və idmanda uğur qazanmaq üçün inanmaq və çox çalışmaq lazımdır. Buna görə də oyunçularımıza görə sevinirik”, - Lopetegi deyib.
B qrupunda Qətər və İsveçrədən başqa Bosniya və Herseqovina ilə Kanada çıxış edir.
İlk turdan sonra B qrupundakı dörd komandanın hər biri 1 xal toplayıb. Turun hər iki oyunu 1:1 hesabı ilə qurtarıb.
Baxış sayı:86
Bu xəbər 14 İyun 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















