Icma.az
close
up
RU
Hulusi Kılıç: 107 il öncə başlayan qardaşlıq bu gün daha da güclənir

Hulusi Kılıç: 107 il öncə başlayan qardaşlıq bu gün daha da güclənir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

Azərbaycan paytaxtının azadlığından 107 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Sherg.az-a söyləyib ki, 107 il öncə Bakı, Daşnak, Bolşevik və İngilislərin istisnasında Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi:


"Bu gün Bakının bayramıdır. Tarixini bilməyən nəsillərin gələcəyi qaranlıqdır. Türkiyə-Azərbaycan əlaqələri üçün bu şərəfli, onurlu bir gündür. Azərbaycan Xalq Cümhuriyyəti adı ilə müstəqilliyə qovuşmuşdu, amma gücü tam yetərli deyildi. Bu zaman Osmanlı Türkiyəsi öz hərbi qüvvəsini yardıma göndərdi və Azərbaycan 20 minlik bir ordu təşkil etdi. O günlərdə paytaxt Gəncə idi və Qafqaz İslam Ordusu Bakıya doğru hərəkətə keşməyə başladı. Birinci Dünya Müharibəsində Almaniya ilə Türkiyə ittifaq halında idi. Almanlar, Türk əsgərinin başqa bir yerə göndərilməsinə qarşı idilər. Lakin Osmanlı rəhbərliyi bildirdi ki, bu könüllülər ordusudur, türk ordusundan heç kəsi göndərmirik, gücünüz azalmır. Buna görə köməyə gələn qüvvə Qafqaz İslam Ordusu adını aldı. 1918-ci ildə Qafqaz İslam Ordusu Gəncəyə intiqal etdi, oradan Göyçaydan iki qola ayrılaraq Bakıya yönəldi. Hər kəs “Lalələr” mahnısını bilməlidir – "Yazın əvvəlində, Gəncə çölündə bizə qonaq gəldi, lalələr". Osmanlı əsgərinin papağındakı işarət Bakıya xəbər mesajı idi. Sentyabrın 15-də Osmanlı və Azərbaycan əsgərləri Bakını işğaldan azad etdi. 28 May 1918-ə qədər Azərbaycan Çar Rusiyası tərkibində xanlıqlar şəklində yaşayırdı, müstəqil dövlət deyildi. 1915-də "Çanaqqala" müharibəsində Azərbaycan türkləri könüllü olaraq birgə döyüşdü. 28 May 1918-də Azərbaycan Xalq Cümhuriyyətində isə ilk dəstək Türkiyə Osmanlısından gəldi. "Qurtuluş" savaşı zamanı da Nəriman Nərimanov Atatürkə mühüm yardımlar göstərdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda belə ilk tanıyan dövlət Türkiyə oldu. İlk tanımaq çox önəmlidir. Çünki onu izləyən ölkələr olur. Qardaş ölkə Azərbaycanın BMT-yə üzvlük prosesində əlindən gələni etdi".


Sabiq səfir qeyd edib ki, 1993-cü ildə Azərbaycan torpaqlarının, xüsusilə Kəlbəcərin işğalı zamanı Türkiyə, Ermənistanla ortaq sərhədini bağladı və diplomatik əlaqələri kəsdi:

"Bu günə qədər diplomatik əlaqələr kəsikdir və sərhəd bağlıdır. Bir dövlət digər dövlət üçün sərhədini bağlamaz. Amma bizim qardaşlığımız çox önəmlidir. Nə 1991, nə 1993-cü ildə, nə də İkinci Qarabağ Müharibəsinin başladığı və 44 günlük əməliyyat dövründə yalnız əməkdaşlıq məsələsi söz mövzusu deyil. Türkiyə-Azərbaycan qardaşlığı 1915-də, 1918-də olduğu kimi, hazırda da eyni səviyyədədir və getdikcə daha da artmaqdadır. Şuşa Bəyannaməsi iki ölkənin strateji əməkdaşlıq və iş birliyinin sənədidir. Bu sənəd parlamentlər tərəfindən təsdiqlənib və bizim gələcəyimizin yol xəritəsidir. Azərbaycan xalqı və gəncliyi bilməlidir ki, Türkiyə-Azərbaycan əlaqələri 107 il öncə necə başladısa, bu gün daha da inkişaf edir və güclənir. İnsanlıq var olduğu müddətcə Türkiyə-Azərbaycan qardaşlığı yaşayacaq. Qardaşlığımızı digər Türk ölkələri – Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və s. paylaşsa da, Azərbaycan bizim əziz əkiz qardaşımızdır. Gücümüz birliyimizdədir, birliyimiz gücümüzdədir. Yaşasın Türkiyə-Azərbaycan əbədi qardaşlığı"!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri