Icma.az
close
up
RU
“Huma Quşu” Fonduna 209 min manatlıq ianə edilib

“Huma Quşu” Fonduna 209 min manatlıq ianə edilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Noyabrın 16-da Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən “Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi keçirilib.

525.az Modern.az-a istinadən xəbər verir ki, rəsm əsərlərinin sərgisi ilə başlayan və “Huma Quşu” Fondunun prezidenti Şəhla Vəzirovanın çıxışı ilə davam edən tədbirdə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, incəsənət ustaları, magistr və tələbələr, Fondun dostları, tərəfdaşları və media nümayəndələri iştirak edib, milli musiqi nümunələrindən ibarət proqram təqdim olunub.

Fondun prezidenti Şəhla Vəzirova tədbirdə çıxış edərək qonaqlara təşəkkürünü bildirib:

“Hər birinizə bu axşam burada olub “Huma Quşu” Fonduna dəstək göstərdiyiniz üçün dərin minnətdarlığımı çatdırmaq istəyirəm. “Huma Quşu” Fondu artıq üç ildir fəaliyyət göstərir. Keçən il, dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində “Huma quşu - xeyirxahlıq və cəsarət bələdçisi” adlı xeyriyyə axşamı təşkil etdik. Rəsm əsərlərinin satış sərgisi və gözəl caz konserti baş tutdu, həmin konsertə görkəmli cazmen Salman Qəmbərov rəhbərlik edirdi.

O zaman çıxışımda qeyd etmişdim ki, fond iki il ərzində müxtəlif təqaüd proqramlarına 120 min manat ayırıb. Üzərindən bir il keçib və artıq həmin rəqəm 209 min manata çatıb. Bu müddət ərzində biz 45 tələbəyə dəstək olmuşuq, bəziləri ardıcıl olaraq bir neçə dəfə təqaüd qazanıb. Bu günə qədər doqquz fərqli təqaüd proqramı həyata keçirmişik və bu proqramlar hər il avtomatik təkrar olunmur”.

Şəhla Vəzirova fondun son təşəbbüsləri barədə də məlumat verib:

“Bu yaxınlarda Azercell-in dəstəyi ilə “Qızların STEM-də yüksəlişi” təqaüd proqramını həyata keçirdik. Texniki sahələrdə inkişaf etmək istəyən qızlara dəstək verməyi planlaşdırırdıq. Siyahıya əsasən, beş nəfəri seçməli idik. Lakin müraciət edən 113 qızın hər biri son dərəcə istedadlı idi. Buna görə qərara gəldik ki, niyə yalnız beş nəfər? Biz bu rəqəmi 10 qıza çatdırdıq”.

Onun sözlərinə görə, bu təşəbbüs daha geniş xeyirxahlıq zəncirinə çevrilib:

“Elan yayılandan sonra “Div Akademiyası”nın direktoru Aygün xanım bizimlə əlaqə saxladı və bildirdi ki, bir və ya iki valideynini itirmiş qızlara ödənişsiz təhsil verməyə hazırdırlar. Biz siyahını təqdim etdik. Bu təşəbbüs genişləndi, davam etdi”.

Fond prezidenti, həmçinin mentorluq proqramının əhəmiyyətinə toxunub:

“Biz mentorluq proqramına da start verdik. Mentorluq - təcrübəli bir şəxsin bir gəncə yol göstərməsi, ona dəstək olması deməkdir. Dünyada bu model geniş yayılıb. Qərbdə buna “mentorluq” deyirlər, amma bizdə həmişə olub – usta–şagird ənənəsi. Biz həmin ənənəni müasir formada tətbiq edirik. Mentorlarımız öz sahələrində çox savadlı, uğurlu insanlardır. Dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mütəxəssisləri bu prosesə cəlb edirik. Çünki bəzən bir düzgün məsləhət milyonlarla pula bərabər olur”.

Şəhla Vəzirova əlavə edib ki, fond yalnız maliyyə dəstəyi vermir:

“Onlayn seminarlar, maliyyə savadlılığı üzrə təlimlər də keçirmişik. Çünki təkcə pul vermək kifayət etmir, həm də həmin vəsaiti düzgün idarə etməyi öyrətmək lazımdır”.

Fondun xüsusi proqramlarından biri – “Humayın təhsil ADAsı” təqaüdü barədə danışan Vəzirova deyib:
“Bu il ADA Universitetində təhsil almaq istəyən üç tələbəmiz bu təqaüdə layiq görüldü. Onlardan ikisi kənd məktəblərində müəllim işləyir – biri fizika, biri kimya müəllimidir. Artıq təqaüdün faydasını görür və uğurla təhsil alırlar”.

Yeni qəbul elanları haqqında məlumat verən prezident bildirib:

“Noyabrın 1-dən etibarən “Humayın xəyaldan gerçəyə” təqaüd proqramına müraciətlər açıq elan edilib. Proqramı sosial şəbəkələrdə və media platformalarında paylaşırıq. Ətrafınızda uyğun namizədlər varsa, onlara bu imkanı çatdırmağınızı xahiş edirik”.

Şəhla Vəzirova fondun fəaliyyətinin könüllülük üzərində qurulduğunu vurğulayıb:

“Bizim komandamız dostluq, könüllülük və hörmət əsasında çalışır. Əvvəllər komanda yalnız Humayın yaxınlarından ibarət idisə, bu gün daha böyük bir ailəyə çevrilib. Artıq fondu dəstəkləmiş keçmiş təqaüdçülər də könüllü olaraq bizə qoşulur”.

Ötən ilin nəticələrindən danışan fond rəhbəri deyib:

“Keçən il təşkil etdiyimiz tədbirdən 8500 manat vəsait toplandı və bir qəpiyinə qədər tələbələrə təqaüd kimi verildi. İl ərzində fond 59 min manat qrant və ianə alıb. Bu dəstəkdə hər kəsin payı var. Bu il də həmin ilhamla yenidən konsert təşkil etdik. Təklifi Fərhad Bədəlbəliyə bildirdikdə o, bizə bu zalı pulsuz təqdim etdi. Səhnəyə çıxacaq bütün ifaçılar da heç bir ödəniş almadan burada iştirak edirlər”.

Qeyd edək ki, xeyriyyə gecəsində bilet və rəsm əsərlərinin satışı, eləcə də ianələrdən toplanan vəsait aztəminatlı ailələrdən olan gənclərin Fondun doqquz aktiv proqramı çərçivəsində dəstəklənməsinə yönləndiriləcək. “Huma Quşu” Təhsilə Yardım Fondunun tədbirində Anar Qəmbərli, Ayten Qocayeva, Eldar Babazada, Könül Hüseynzada, İlham Anveroğlu, Nərminə Rəsizadə, Orxan Hüseynov, Pari Miniatür, Röya Həsən, Səkinə Cəfərli Musa, Zöhrab və Şəlalə Salamzadələr, Tatyana Quliyeva və Töre Ağabayevayanın əsərləri sərgilənib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri