Icma.az
close
up
RU
Hüquq jurnallarına dair Monitorinq Hesabatı təqdim edilib

Hüquq jurnallarına dair Monitorinq Hesabatı təqdim edilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 11-də Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı ikinci Monitorinq Hesabatını təqdim edib.

Müxtəlif qurumların nümayəndələrinin, hüquqşünas alimlərin və hüquq jurnallarının təmsilçilərinin iştirak etdiyi dəyirmi masada 152 hüquqşünas və 18 hüquq jurnalı arasında keçirilmiş elektron sorğunun nəticələri müzakirə olunub. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan ikinci monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edib və bildirib ki, İnstitut hüquq jurnallarının vəziyyətini araşdırmaqla yanaşı, həm də mövcud problemlərin həll olunmasını və jurnalların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılmasını hədəfləyib. 

Sorğu nəticəsində ən çox oxunan jurnallar sırasında “Azərbaycan vəkili” (57,2%), “Qanun” (38,8%), “Azərbaycan hüquq jurnalı” (37,5%), “Baku State University Law Review” (27,6%), “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (19,7%) və “İnjuria” (19,7%) jurnalları yer alıb. 

Müzakirələr zamanı hüquq jurnallarının hazırkı vəziyyəti təhlil edilib, bu istiqamətdə maraqlı təkliflər səsləndirilib.

Qeyd edək ki, ilk monitorinqin nəticələrindən sonra İnstitutun rəsmi saytında ölkədə nəşr olunan hüquq jurnallarının əlaqə vasitələrinin vahid platforması və hüquq jurnallarındakı məqalələr üzrə vahid axtarış bazası yaradılıb. Bazaya 18 jurnalda dərc edilmiş 1063 məqalə əlavə edilib. Bu da, öz növbəsində, oxucuların və məqalə dərc etmək istəyən müəlliflərin həmin jurnallara çıxışını və istifadəsini asanlaşdırır. Bununla yanaşı, jurnalların keyfiyyətinin artırılması məqsədilə İnstitut “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar”ı da geniş ictimaiyyətə təqdim edib.

Qabil ƏLİYEV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri