Icma.az
close
up
RU
“Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitab işıq üzü görüb

“Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitab işıq üzü görüb

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyevin “Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitabı işıq üzü görüb.
Xalqcəbhəsi.az xəbər verir ki, kitab, geniş ictimaiyyət üçün müqavilələr və insan hüquqları sahələrində praktik hüquqi bələdçi rolunu oynayır. Kitabın məqsədi, hüquqi anlayışları sadələşdirərək, oxucuların gündəlik həyatlarında qarşılaşa biləcəkləri hüquqi məsələləri daha yaxşı başa düşməsinə və bu bilikləri praktikada tətbiq etməsinə kömək etməkdir.
Kitabın birinci hissəsi müqavilə hüququna həsr olunub. Burada müqavilələrin nə olduğu, onların növləri, əsas elementləri və bağlanma prosesi izah edilir. Müqavilələrin pozulması, etibarsız sayılması və bu hallarda hüquqi nəticələr ətraflı müzakirə olunur. İş müqavilələri, alqı-satqı müqavilələri və icarə müqavilələri kimi gündəlik həyatda rast gəlinən nümunələr vasitəsilə mövzu daha anlaşılan şəkildə təqdim edilir.
İkinci hissə isə insan hüquqlarına diqqət yetirir. Bu bölmədə insan hüquqlarının əsasları, Avropa İnsan Hüquqları Konvensiyasınin mühüm qərarlari izah edilir. Kitab, müqavilələrin insan hüquqları ilə əlaqəsini vurğulayır və hüquqi razılaşmaların fərdlərin hüquqlarına necə təsir göstərə biləcəyini müzakirə edir. Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi məşhur işləri və onların real həyatda tətbiqi haqqında məlumat təqdim edilir.
Kitab hüquq təhsili almamış, lakin hüquqi biliklərə sahib olmaq istəyən hər kəs üçün nəzərdə tutulub. Sadə izahlar və real nümunələr vasitəsilə oxucular hüquqi biliklərini genişləndirə, hüquqlarını daha yaxşı dərk edə və həyatlarında tətbiq edə bilərlər. Hüquq dünyasını daha dərindən anlamaq və hüquqi məsələlərə inamla yanaşmaq istəyənlər üçün bu kitab əvəzsiz bir mənbədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see198

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see195

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see172

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see123

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri