Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Hüquqşünasdan Bona Dea məsələsinə rəy "Azərbaycan xəstəxanalarında sübut toplamaq çox çətindir"

Hüquqşünasdan Bona Dea məsələsinə rəy "Azərbaycan xəstəxanalarında sübut toplamaq çox çətindir"

Medicina saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, naşir Nigar Köçərlinin Bona Dea xəstəxanasından şikayətindən sonra bir çoxları onu klinikanı məhkəməyə verməyə çağırıb. Amma Azərbaycan reallığında xəstəxana ilə məhkəmə zallarında çəkişmək nə qədər effektivdir?

Medicina.az xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamağın olduqca çətin olduğunu bildirib.

“ Əgər həkim səhvi çox açıqdırsa, məsələn sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür. Amma deyək ki qan durulducu vurulmadığına görə xəstədə tromblaşma meydana gələrək vəfat edərsə, bu problemin məhkəmə müstəvisində çıxarılmasında çətinliklər var, bunlar da sistematikdir.

Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökümət sisteminə vurulmadığı və həmin resursda da hər kəsə açıq olmadığı müddətcə, onu post-faktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil.

Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir.

Tibbi Ekspertiza məsələsində ciddi çətinliklər yaşayırıq. Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə tərəfi ekspertə sual ünvanlaya bilsə də, işin içində olan MRT diskinin ekspert tərəfindən nəzərə almamasına ancaq məhkəmə nəzarəti qaydasında müdaxilə etməyə cəhd edir.

Siz Klivlend xəstəxanasından mütəxəssis rəyi təqdim etsəniz də, naməlum ekspertin verdiyi rəy həmin Klivlend rəyindən üstün tutulur.

Ölkəmizdə həkimlər bir-birini tanıyır. Elə sahələr varki, mütəxəssis sayı azdır və onlar digər kolleqasını ittiham edəcək rəy vermək istəmirlər.

Vətəndaşlara çağrışım odur ki, nə qədər ki smartfonlar var, xoşa əlməz prosesləri smartfona çəksinlər. Saatını və yerini şifahi şəkildə qeyd etmək şərtilə.

Xəstənin ölməsi halında mütləq qaydada autopsiya (meyidin yarılması) aparılmalıdır. Hansısa mənasız inanca və adət-ənənəyə görə öz hüquqlarınızı təhlükəyə atmayın.

Bir başqa məsələ tibbi səhlənkarlıq məsələlərində məsuliyyət barəsindədir. Şəxsi qənaətim odur ki, həkimin ağır təqsiri (culpa lata/reklessness) olmadığı müddətcə, belə hallarda həkim və xəstəxananın məsuliyyəti delikt məsuliyyəti ilə məhdudlaşdırılmalıdır. Məhkəmələr də öz növbəsində bu məsələlərdə ekspert rəyinə məhkum olmadan daha sərbəst formada öz qərarlarını verə bilməlidirlər.

Pasiyent xəstəxana ilə imzalanan müqaviləyə müdaxilə edə bilmir.

Xəstəxanalara çağrışım odur ki, xəstələrini sığortalayın. Hər hansı ağırlaşma nəticəsində həm həkimi, həm də xəstəxananı məhkəmə çəkişmələrindən qoruyacaq, xidmətin keyfiyyətinin artmasına səbəb olacaqsınız (siğorta şirkətləri keyfiyyətsiz yerləri siğorta çətiri altına almayacaq).

Tibbi səhlənkarlıq hallarında prokurorluğa qaçmağa tələsməyin. iddialarınızı mülki qaydada məhkəmə müstəvisində aparın”.

Aygün Musayeva

MEDİCİNA.AZ


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 21 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri