Icma.az
close
up
RU
Hüququ pozulmuş NÖQTƏ

Hüququ pozulmuş NÖQTƏ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaxtilə nöqtə bitmiş fikri ifadə edirdi. Lakin bu gün nöqtənin hüquqları pozulub, ona bitmiş fikri ifadə etməsi üçün əngəl yaradılıb. Belə qənaətə gəlmək olar ki, nöqtə də bəzi dəyərlər kimi dəbdən düşüb, öz yerində deyil, lazımsız yerlərdə hərdən görünən və tənhalaşan vergülün ardınca göndərilib. Qısası, nöqtəyə “əlvida”,- deyilib.

Bu gün cümlənin sonuna nöqtə qoymaq artıq bitmiş fikri deyil, bitmiş münasibətləri, eləcə də “ yazma” və yaxud “çox danışma” mənasını ifadə edir. Yazıq nöqtə üçün əngəl yaradanlar, funksiyasını həyata keçirməyə maneçilik törədənlər onu o qədər gözdən salıblar ki, nöqtə olub bir düşmən. Cümlənin sonuna nöqtə qoymaq bu gün sayğısızlıq, yazışmanı dayandırmaq, bitirmək anlamına gətirilib.

Bax, beləcə, yazıda hərfləri ixtisara salmaqla, durğu işarələrini lazımsız hesab etməklə zaman-zaman dilimizin qrammatik qanunlarına sitəm çəkirik. Təəssüf ki, bunun fərqində olanlar fərqində olmayanlardan o qədər azdır ki, artıq onların bu barədə üsyanını dinləyən də yoxdur. Lakin anlamaq o qədər də çətin deyil ki, dilin gözəlliyi onun qaydalarına əməl etməkdir. Və bu, hər kəsin borcudur.

Mirzə Fətəli Axundzadə 1875-ci il aprelin 21-də Həsənbəy Zərdabiyə göndərdiyi məktubda yazırdı: Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin edəcəyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir.

Bəli, M.F.Axundzadə bu dəyərli fikirləri ilə mətbuatın dilimizin gözəlliyini, qrammatik qanunlarını qorumasını məsləhət görürdüsə, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli isə deyirdi ki, ixtisasından asılı olmayaraq hər bir ziyalı ana dilini mükəmməl bilməli, yeri gəldikcə onun təbliği ilə də məşğul olmalıdır.

Təəssüf ki, bu gün ən yüksək bal toplayaraq universitetlərdə təhsil alan gənclərin əksəriyyəti belə dilin qrammatik qanunlarına riayət edə bilmir. Sosial şəbəkələrdə yazışmalar isə qrammatik qanunları birdəfəlik baltalayıb, durğu işarələrini torpağa gömüb.

Kimsə inciyər deyə artıq cümlənin sonunda nöqtə təsadüf nəticəsində rast gəlmək olur. Bunu bilən bilir, bilməyən də bilsin ki, cümlənin sonuna nöqtə qoydunsa, bu, böyük sayğısızlıq kimi qarşılanır. Yəni ki, söhbəti kəs, ta bəsdir.

Maraqlıdır, deyilmi? Nöqtəyə, “əlvida” dedik. Bəs görəsən qarşıda bizi dilimizin qrammatikası ilə bağlı daha hansı yenilik gözləyir? Axı bu yeniliklər dilimizin qrammatikasını qram-qram zədələyir. Neçə ki, Həsən bəy Zərdabi deyirdi ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir... Deməli, bu qramlar bir də baxıb görəcəyik ki, dağ boyda olub və qrammatikanın da sinəsinə dağ çəkib.

Vaxt tapsaq, bəlkə Azərbaycan dilinin qrammatikasının günümüzdə nə vəziyyətdə olduğunu nəzərdən keçirək? Həm mətbuatda, həm sosial şəbəkələrdə...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri