“11 nömrəli İnteqrasiya təlimli internat məktəbi istiliklə təmin edilir” “Hürriyyət”İn yazısına BŞTİdən REAKSİYA
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Hürriyyət”də dərc olunan “Bilgəhdə yerləşən internat məktəbində istilik sistemi işləmir, maraqlanan yoxdur” sərlövhəli yazıya Bakı Şəhər Təhsil İdarəsindən reaksiya verlib.
BŞTİ-nin redaksiyamıza göndərdiyi məktubda vurğulanır ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir.
“İnternat məktəbinin bir korpusunda qazanxanadan inzibati binaya gedən yeraltı boruda qəza səbəbindən yaranmış müvəqqəti fasilə aradan qaldırılıb. Hazırda internat məktəbində istilik təminatı normal qaydadadır.
Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür”, - deyə əlavə olunur.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















