Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Hüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi

Hüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Dövrün tanınmış maarifçisi, pedaqoqu Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açan Məmmədəli Sidqi Hüseyn Cavidlə məktəb yoldaşı olmuşdur. İlk təhsilini atasının "Məktəbi-tərbiyə”sində alan, sonralar Naxçıvan kəndlərində müəllimlik edən Məmmədəlinin “Mütaliə sevən Əhməd" adlı pedaqoji hekayəsində belə bir hissə yer alır: 

"Kitab oxumağı o qədər dost tutardı ki, bir kitabı başlayanda onu qurtarmamış yarımçıq yerə qoymaq istəməzdi. Mütaliə etdikcə Əhməd daha artıq həvəslənərdi". Beləcə, dünya gərdişində, zaman öz işində. Jurnalistika fakültəsinin qiyabi şöbəsində "Füyuzatçılar" fənnini tədris edərkən Əsgər adlı tələbə mənə Əhmədi, mütaliəyə marağı isə yuxarıdakı hekayəni xatırlatdı. Ona fakültəmizin ilk qadın elmlər doktoru Sevil Həsənovanın dahi mütəfəkkir haqqında “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası tövsiyə etdiyim kitablar arasında idi. Çox keçmədi ki, yuxarıda adını qeyd etdiyimiz kitab haqqında tələbənin "Monoqrafiyanın paradiqmatik quruluşu" adlı yazısı mətbuat səhifələrində göründü. Uzun illər sovetlərin "burjua yazarı", "milliyətçi" damğası vurduqları, əsassız şəkildə tənqid, təhqir etdikləri Hüseyn Cavidin böyüklüyünü sıravi universitet tələbəsi o zamanın "alimlərindən", "başbilənlərindən" daha çox anlamağı, monoqrafiyadan təsirlənməyi, təbii ki, bütün bu məqamlar müəllimlərini sevindirməyə, qürurlandırmaya bilməzdi. Duyduğumuz fəxarət hissi tələbəmiz olmağına görə, yaxud müəlliminin kitabına hazırladığı yazıda deyildi. Məsələ onda idi ki, bugünkü gənclik Hüseyn Cavid ucalığını dərindən dərk edərək yazır və yaşayır. Çünki bir zamanlar idi ki, Hüseyn Cavidə qarşı aparılan çirkin təbliğatda nəinki həmkarları, həm də dərs dediyi tələbələri belə iştirak edir, onun repressiyadan öncəki mənəvi sarsıntısına çalışırdılar. Yaxşı ki, Müşkünaz xanımın xatirələri vardır. O, həyat yoldaşı Hüseyn Cavidin dilindən eşitdiyi acı xatirəni qələmə alır:

"...bir tələbəsindən danışdı:

— Mən bu adama beş-altı ay dərs demişəm. Gözlərim bərk ağrayırdı."Tatarski" küçəsində yaşayırdıq. İşsiz qalmışdım, vəziyyətim də çox ağır idi. Metropol mehmanxanasının yanından keçirdim. Həmin tələbəmlə rastlaşdıq. Əynində xəz palto var idi. Salam vermədən mənə dedi: — Cavid, nə düşmüsən, boş-boş küçələri gəzirsən? Gedib 

bir yerdə işə girsənə?

Elə bildim ki, mənə güllə vurdu. Cavab vermədən kədərli halda yoluma davam etdim”. Tarixin kədərli məqamları ilə bərabər, həm də fəxarətli anları da vardır. Bunları oxucuya, geniş mənada xalqa çatdıranlar ziyalı kəslər, qiymətli kitablardır. Zərurətdən irəli gələrək aşağıdakı fikirləri yenidən yada salırıq: "...qeyd etmək lazımdır ki, Sevil Həsənova 25 ildən çoxdur Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur. O, 2005-ci ildə “Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək cavidşünas alimlərin sırasına qoşulub" (Q.Dünyaminqızı).

Deyirlər, söz sözü gətirər. Sözümüzün canı yenə kitabdır. Cavidşünas alim Sevil Həsənova nəfis tərtibatlı, zəngin içlikli monoqrafiyadan sonra "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti ilə yenidən böyük auditoriya qarşısındadır. Dahi mütəfəkkirin ölməz ruhunu və adını yaşatmaq naminə üz tutduğu bu dəfəki ünvan dərsliyin annotasiyasında da qeyd olunduğu kimi müəllim və tələbələrdir: "...Dərs vəsaitində ilk dəfədir ki, H.Cavidin dövrü mətbuatda, müxtəlif mövzularda çap olunan bədii-publisistik məqalələri (xüsusən də milli ruhu, türkçülüyü, turançılığı, təbliğ edən), resenziyaları, elmi-nəzəri fikirləri, geniş və obyektiv şəkildə tədqiqata cəlb edilib. Dərs vəsaiti əsasən jurnalistika və filologiya fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur". Bu da heç də təsadüfü deyildir. Ən əvvəl ona görə ki, H.Cavid milli ruhlu müəllim idi: millət müəllimi!

"Füyuzat" nəşriyyatının mətbəəsində çap olunan "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin elmi redaktoru filologiya elmləri doktoru, professor Abid Tahirli, rəyçilər AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Üç fəsildən ibarət kitabın "Giriş" hissəsində oxuyuruq: "H.Cavidin publisistikası da, dramaturgiyası da əsasən təlim-tərbiyəyə, soy-kökə, türklüyə bağlıdır. Odur ki, ədibin əsərlərindəki, məqalələrindəki, təlim-tərbiyə məsələləri, türkçülük turançılıq ideyaları obyektiv (marksist-leninçi materialist metadologiyadan uzaq), 20-ci yüzilliyin sonlarında daha geniş öyrənilməyə və təbliğ edilməyə başlanıldı". 

Məlumdur ki, sovet dövründə ədəbi proseslər, gerçəkliklər çox zaman ört-basdır edilir, sovet ideologiyasının şərtləri əsas götürülürdü. Metamarfoza təkcə əsərlər, yaradıcılıq nümunələri deyil, yaradıcı beyinlər və onların sahibləri də məruz qalırdılar. Haqlı olaraq müəllif kitabda həmin məsələyə daha müfəssəl toxunur: "H.Cavidi sovet yazarına çevirmək üçün bəziləri "romantizmə realizm mövqeyindən qiymət vermişdilər". Bu mənada Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti gerçəkliyi olduğu kimi təqdim etmək üçün qiymətli elmi-publisistik materialdır. Həmçinin istifadə olunan zəngin ədəbiyyat nümunələri dəyərə dəyər qatır, desək yanılmarıq. 

Birmənalı şəkildə qeyd edə bilərik ki, yuxarıda da vurğuladığımız kimi, kitabın aparıcı elmi-ideoloji istiqaməti azərbaycançılıq, turançılıq, millilik və bəşərilik üstündə qurulmuşdur. Burada nəinki Azərbaycan 

ədəbiyyatının, jurnalistikasının, habelə müstəqillik dövrünün əsas inkişaf meyilləri, 

estetik idealı, onun tələbəyə gərəkli olacaq aparıcı janrları, poetikası, ideologiyası böyük ədib H.Cavidin yaradıcılığı fonunda ən incə məqamlarına qədər hər sətirdə özünü əks etdirir, hər səhifədə elmi-nəzəri yanaşmalara əsas yer verilir. Kitabın əsas məziyyətlərindən biri də dünyəvi elmi-nəzəri maraqlarla milli fikrin sintezinin aparılmasıdır. Digər tərəfdən də H.Cavidin bədii-publisistik məqalələrinin silsilə şəklində dərc edildiyi "Açıq söz", yaxud Azərbaycan Xalq Cümhuriyyəti dövrü daha çox çap olunduğu "İstiqlal", habelə ədibin sovet dövrü qərəzli tənqidə məruz qaldığı "İnqilab və mədəniyyət" jurnalı və "Kommunist" qəzetinin orijinal nüsxələri aparılan araşdırmanı, ortaya qoyulan sanballı vəsaiti müşayiət edərək oxucuda dolğun təəssürat formalaşdırır. 

Sovet dövründə ədəbi və digər sahələr üzrə baş verən proseslər müəyyən mənada çoxlarımıza məlumdur. Gerçəkliklər çox zaman ört-basdır edilir, hakim ideologiyanın şərtləri əsas götürülürdü. Metamarfoza təkcə əsərlər, yaradıcılıq nümunələri deyil, həm də beyinlər və onların sahibləri də məruz qalırdılar. Haqlı olaraq müəllif Sevil Həsənovanın haqqında bəhs etdiyimiz kitabında bu məsələyə daha müfəssəl şəkildə toxunulur: "H.Cavidi sovet yazarına çevirmək üçün bəziləri "romantizmə realizm mövqeyindən qiymət vermişdilər". Bu mənada Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaiti gerçəkliyi olduğu kimi təqdim etmək üçün qiymətli elmi-publisistik vəsaitdir. İstifadə olunan zəngin ədəbiyyat nümunələri isə dəyərə dəyər qatır. 

Sonda vacib məsələni vurğulayaq ki, dövrümüzdə baş verən tarixi proseslərin mövcud reallıqların təkamülündən doğan, müəllifin daxili məntiqi, analitik təhlili və yaradıcılıq meyillərindən yaranan, əsası da azərbaycançılıq məfkurəsi və bəşəri ideyalar əsasında təhlil süzgəcindən keçirilən "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin ilk səhifəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alır. Həmin Sərəncamda cənab prezident İlham Əliyevin söylədiyi fikirlər həm də bugünkü zamanda söz, fikir adamları üçün yol xəritəsidir: "“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar". Bu gün ümummilli məqsədlər naminə cəmiyyətin, xalqın, millətin birliyi daha həssas, olduqca vacib məsələdir. Və sonda belə bir nəticə də hasil olur ki, bu yolda professor Sevil Həsənovanın "Hüseyn Cavid publisistikası və müasirlik" adlı dərs vəsaitinin məhz ali təhsilin magistr səviyyəsi üçün nəzərdə tutulması heç də təsadüfdən deyil, tam da dövrümüzün gerçəkliklərindən qaynaqlanaraq oxucu düşüncəsində haqlı suallar doğurur: Bizlər bu gün əbədiyaşar Heydər Əliyevin maarifpərvərlik, vətənsevərlik məktəbinin ibrətamiz dərslərinin səfasını yaşamırıqmı? Bu gün böyük vüsət alan turançılıq, bütöv Azərbaycan, türk dünyasının birliyi Hüseyn Cavid kimi klassiklərimizin yaradıcılıqlarının təzahürü deyildimi? Ümummilli Lider  Heydər Əliyevə hələ məktəb vaxtlarında ədəbiyyat fənnini tədris edən Şeyx Məhəmməd Rasizadə həm də Hüseyn Cavidin ilk müəllimi olmamışdımı? Bu mənada hər iki Vətən övladının bu millətə qazandırdığı milli, mənəvi, bəşəri dəyərləri zaman həmişə diri saxlayacaqdır. Tariximizin, şərəfli məqamları və şəxsiyyətləri əbədiyaşayacaq, zaman-zaman dərindən öyrəniləcək, daha da dərk olunacaqdır...

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist 

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin məzunu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri