Icma.az
close
up
RU
İbrahim İlyaslı: “Onu görəndə öz gəncliyimi xatırladım” MÜSAHİBƏ

İbrahim İlyaslı: “Onu görəndə öz gəncliyimi xatırladım” MÜSAHİBƏ

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onun təbi ilə desək, bütün nakam sevgilər bir- birlərinə “necəsən” deyir. Yaxud da “zalım” bəxti  gətirməyən səyyahdır. O, həm də gənclərin dostudur.
Müsahibim Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru şair İbrahim İlyaslıdır.

- İbrahim müəllim, “zalım” necədir?

-“Zalım” hər zamankı kimi gözəl və zalımdı...

-Həmişə səfərə zalım üçün çıxırsınız ?

- Maraqlıdır ki, “Zalım”ın şeiri indi  daha  çox  səfərlərə çıxır... Əvvəlcə  Türkiyədə  Osmanlı  türkcəsində  çap  olundu,  sonra  rus  dilində.  Daha  sonra  isə kazaxcaya,  özbəkcəyə,  qırğızcaya  çevrildi... İndi hamı “Necəsən” deyir... Daha mən susmuşam. Hə, bir də aşıqlar oxuyurlar.

-Yaradıcılığınızda sevgi  şeirlərinin  hansı “zalıma” dərs  verdi?

-“Zalım”lar dərs verərlər, dərs almazlar ki...

Məsələn belə deyək  ;
  Belə ovsunlayan  olmayıb məni,
  Sehir  qızı sehir, sirr  qızı sirsən.
  Öyrətmən  yaradıb yaradan  səni,
  Bəşərə  gözəllik  dərsi  verirsən.

-Kimləri  oxuyanda  öz  gəncliyinizi  xatırlayırsınız?

- Taleh Mansuru, Emin Pirini, İntiqam Yaşarı...

 -Hansı  daha  çox  bənzərinizdir?

- Talehin həm  özü, həm  davranışı,  həm də şeirləri  mənim gəncliyimə çox bənzəyir... İlk  dəfə onu danışan görəndə elə bildim eyni ilə  özüməm... Gəncliyimi xatırladım. O, mənim gəncliyimdir. Emin isə körpəliyindən  gözümün  qabağında  böyüyüb, şeirləri  ilə birlikdə…

-Həsr etdiyiniz şeirlər olub?

- Mənim ünvansız şeirim yoxdur. İthaf  nəzərdə  tutursunuzsa  onlar  da var..

 -İthaf şeirləriniz yaman çox olub, bəy..

- İndiyəcən  yazdıqlarımın  10 faizini təşkil edər... Bir də ki, ithaf şeirlərinə yuxarıdan  aşağı  baxmaq lazım deyil məncə. Bəzən ithaf,  sadəcə,  kiməsə  üz  tutub dərdini  deməkdən  qaynaqlanır.  Əsas  mətndir.

-Ədəbi tənqiddən  bir  şair  kimi  razısınızmı?

- Ədəbi  tənqid  məni  maraqlandırmadığı  üçün  onun  mənim  ondan  razı  və  ya nazarı olmağım heç nəyi dəyişməyəcəyini düşünürəm. Onların öz peşələri var. Allah işlərini avand, qazanclarını da bol eləsin! Zəhmət çəkirlər, iş görürlər...

-Gənclərin indiki  şeirləri  sizi qane edir? Dinlədiklərinizdən…

- Qane  edənlər də var, etməyənlər də var... Ədəbi  gəncliyin  sıralarında  çox istedadlı  şairlərimiz, nasirlərimiz var..

-Yazıçılar  Birliyi  kifayət  qədər  öz  işlərini  icra edirlər?

- Kifayət  qədər  yox, bacardıqları  qədər  icra  edirlər.  Bir  qurumdan bacardığından,  mümkünündən  artıq  istəmək  olmaz.

-Sizcə  bacardıqları  bu  qədərdi?

-Bəli. Artıq  “güc”ləri  olsaydı  bizim  iradlarımızdan  əvvəl  addım  atardılar.

-İbrahim  müəllim,  ədəbiyyatda  nələri  görmək  istəyərdiniz?

- İstərdim ki, yazıçılarımızın, şairlərimizin  dünya  arenasına  çıxacaq  əsərləri olsun. Ölkənin  hüdudlarından  kənarda  bizim ədəbiyyat  da tanınsın,  oxunsun, sevilsin.

-Bu arzuları  gercəkləşdirəcək  gənclərimiz  varmı ?

- Gənclərimizin  belə  bir  potensialı var. Əgər  bu  potensialı  ədəbiyyata çevirsələr,  əlbəttə  olar. Təəssüf  ki,  bizdə  hələ  ki , dünya  ədəbiyyatının təsirində  qalmaq var, dünya ədəbiyatına təsir etmək yoxdu. Yalnız kosmopolit olmaqla  dünyəvi  olmaq  mümkün deyil.  Biz  dünyaya  milli  olaraq  maraqlıyıq. Dünya  ədəbiyyatı  korifeylərinin  hamısı  ilk  növbədə  mənsub  olduğu  milləti və doğulduğu  coğrafiyanı  yazıb  və  yazır.

- Fikrinizcə  dünya ədəbiyyatı gəncləri  inkişafdan geri edir?

- Xeyr. Mütaliə  heç  kimə  gerilik  verməz. Sadəcə  düşünmək  lazımdır ki,  mütaliə  yalnız  mütaliə  üçündür,  vəssalam!  Bu  anda  yazıçı da  sıradan bir oxucu  qismində  olur. Daha ordan  nələrisə  ədəbi  yaradıcılığı  üçün  əxz eləmək üçün yox.

-Müasir  gənclik  sizcə dünya ədəbiyyatını  yamsılayır?

- Mən  bütünlükdə  ədəbi  gəncliyimizin  ünvanına  belə  bir  yanlış  ifadə işlətmərəm.  Amma  bu  cür  hallar  da  istisna deyil...
Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri