Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

İcarə verən və icarəçinin vəzifələri haqda YENİ QANUN

İcarə verən və icarəçinin vəzifələri haqda YENİ QANUN

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İcarəyə verənin hüquqları və vəzifələri qanunla müəyyənləşir.
Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzkirəyə çıxarılan yeni - “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, icarəyə verənin aşağıdakı hüquqları vardır:
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, dövri olaraq icarəçidən onun maliyyə hesabatlarının (maliyyə vəziyyətini əks etdirən hesabatların) təqdim edilməsini tələb etmək və maliyyə icarəsi obyektinin vəziyyətini və istismar şəraitini yoxlamaq məqsədilə maliyyə icarəsi obyektinə baxış keçirmək;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda, icarəçi  öz hərəkətləri (hərəkətsizliyi) ilə maliyyə icarəsi obyektinin məhvi, itirilməsi, zədələnməsi üçün təhlükə yaratdıqda, yaxud icarəçi maliyyə icarəsi müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müvafiq hallar aradan qaldırılanadək icarəçidən maliyyə icarəsi obyektindən istifadə hüququnun məhdudlaşdırılmasını və ya dayandırılmasını tələb etmək;
- borc vəsaitlərinin cəlb edilməsi məqsədilə maliyyə icarəsi obyektini girovla (ipoteka ilə) yüklü etmək;
- maliyyə icarəsi obyekti ilə bağlı və ya maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarını tam və ya qismən maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslərə güzəşt etmək (bu halda, hüquqları əldə edən şəxsə icarəyə verənin bu Qanunla və maliyyə icarəsi müqaviləsi ilə müəyyən edilmiş vəzifələri də keçir);
- bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş hallarda maliyyə icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək.
İcarəyə verənin vəzifələri aşağıdakılardır:
- Bu Qanunun 5.4-cü və 9.1.1-ci maddələri nəzərə alınmaqla, satıcı ilə alqı-satqı müqaviləsini bağlamaq;
- maliyyə icarəsi obyekti üzrə üçüncü şəxslərin hüquqları, o cümlədən maliyyə icarəsi obyektinin yüklülüyü barədə icarəçini məlumatlandırmaq;
- icarəçinin razılığı olmadan alqı-satqı müqaviləsində maliyyə icarəsi müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təsir edən dəyişiklik etməmək;
- maliyyə icarəsi obyektini maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun olaraq icarəçinin sahibliyinə və istifadəsinə vermək;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda  maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu icarəçiyə ötürmək;
- maliyyə icarəsi ilə əlaqədar bağladığı müqavilələrdən irəli gələn digər öhdəlikləri lazımi qaydada və vaxtında icra etmək.
Maliyyə icarəsi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə icarəsinin obyekti, onun satıcısı və (və ya) alqı-satqı müqaviləsinin şərtləri icarəçi tərəfindən müəyyən edildiyi halda, icarəyə verən satıcı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinin icrasına görə icarəçi qarşısında məsuliyyət daşımır.
İcarəyə verən sahibliyə və istifadəyə verilmiş maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya icarəçiyə əvvəlcədən məlum olan, yaxud icarəçinin maliyyə icarəsi obyektini nəzərdən keçirərkən və ya onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
İcarəyə verən maliyyə icarəsi müqaviləsi, o cümlədən icarəçi barədə məlumatların “Kommersiya sirri haqqında” Qanuna uyğun olaraq qorunmasını təmin etməlidir.
İcarəçinin hüquqları və vəzifələri də qanunla müəyyənləşəcək.
Layihəyə görə, icarəçi aşağıdakı hüquqlara malikdir:
- maliyyə icarəsi obyektini sifariş etmək və (və ya) onun satıcısını müəyyən etmək;
- maliyyə icarəsi obyektinin satıcısına qanundan və alqı-satqı müqaviləsindən irəli gələn tələbləri irəli sürmək;
- icarəyə verən maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə onun tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırılanadək maliyyə icarəsi ödənişlərini dayandırmaq;
- icarəyə verən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulan hüquqlarından əsassız istifadə etdikdə bunun nəticəsində vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb etmək;
- maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilənin müddəti bitdikdən sonra alış qiymətini ödəməklə əmlakı əldə etmək, icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq və ya maliyyə icarəsi obyektini geri qaytarmaq;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda və ya icarəyə verənlə qarşılıqlı razılıq əsasında maliyyə icarəsi ödənişlərini vaxtından əvvəl icra etmək və maliyyə icarəsi obyekti üzrə mülkiyyət hüququnu əldə etmək.
İcarəçi  maliyyə icarəsi müqaviləsində nəzərdə tutulmadan və ya icarəyə verənin yazılı razılığı olmadan:
- maliyyə icarəsi obyektini kirayəyə, o cümlədən icarəyə, sub-maliyyə icarəsinə verə və ya hər hansı formada yüklü edə bilməz;
- müqavilədən irəli gələn hüquqlarını üçüncü şəxslərə güzəşt edə bilməz.
İcarəçinin vəzifələri aşağıdakılardır:
- maliyyə icarəsi ödənişlərini maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan müddətlərdə və qaydada həyata keçirmək;
- maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin qəbul edilməsi və maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsindən irəli gələn tələblərin irəli sürülməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək;
- bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulduğu halda, çatdırılmış və quraşdırılmış maliyyə icarəsi obyektinin çatdırılması (quraşdırılması) barədə təhvil-təslim (quraşdırma) aktlarının bir nüsxəsini icarəyə verənə təqdim etmək;
- maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində maliyyə icarəsi obyektinin salamatlığını təmin etmək, onu işlək vəziyyətdə saxlamaq və yalnız maliyyə icarəsi müqaviləsinin şərtlərinə uyğun istifadə etmək;
- maliyyə icarəsi müqaviləsi ilə başqa hal nəzərdə tutulmadıqda, maliyyə icarəsi obyektinin daşınması, qəbulu, quraşdırılması, sökülməsi, istismarı, saxlanması, qorunması, texniki xidmət göstərilməsi, cari və orta təmiri ilə bağlı bütün xərcləri və digər əlaqədar xərcləri çəkmək;
- maliyyə icarəsi obyektinə üçüncü şəxslərin istənilən qəsd halları barədə icarəyə verəni məlumatlandırmaq;
- maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduğu halda (geriyə maliyyə icarəsində bu şərtdən asılı olmayaraq), maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək, yaxud geriyə maliyyə icarəsi halı istisna olmaqla maliyyə icarəsi obyektini normal aşınma nəzərə alınmaqla, müqavilənin şərtlərinə uyğun vəziyyətdə icarəyə verənə qaytarmaq.
Bu Qanuna uyğun olaraq, icarəçinin məsuliyyət daşıdığı əmlak risklərinin yaranması onu maliyyə icarəsi ödənişlərini ödəmək vəzifəsindən azad etmir. (Qafqazinfo)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri