ICBL: ABŞnin Ukraynaya piyada əleyhinə minalar tədarükü humanitar qanunları pozur
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Ukraynanı piyada əleyhinə minalarla təmin etməklə beynəlxalq humanitar hüququ pozur.
Bu barədə Minaların Qadağası üzrə Beynəlxalq Kampaniyanın (ICBL) saytında məlumat verilib.
Təşkilat nümayəndələri bildiriblər ki, piyada əleyhinə minalar 25 il əvvəl ayrı-seçkilik etmədiyinə və insanlara vurduğu dağıdıcı ziyana görə qadağan edilib.
“Minaların Qadağası Müqaviləsi indi beynəlxalq humanitar hüququn tərkib hissəsidir və məntiqi və hüquqi baxımdan həm münaqişə, həm də sülh zamanı tətbiq edilməlidir. ABŞ Ukraynaya qadağan olunmuş minalarla təmin etməklə, Ukraynanı öz hüquqi öhdəliklərini pozmağa və beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozmağa təşviq edir”, -ICBL bildirib.
Mövsüm
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















