Icma.az
close
up
RU
ICESCO nun nümayəndəsi: Azərbaycanda genişmiqyaslı kitab sərgisinin keçirilməsi ölkənin bütün sahələrdə inkişafının göstəricisidir

ICESCO nun nümayəndəsi: Azərbaycanda genişmiqyaslı kitab sərgisinin keçirilməsi ölkənin bütün sahələrdə inkişafının göstəricisidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 oktyabr, AZƏRTAC

ICESCO-nun Bakı Regional Ofisi XI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ilk dəfə iştirak edir. Təşkilatın stendində region ölkələri öz əksini tapıb; onların hər birində kitablar, eləcə də mədəniyyət, incəsənət və memarlıq elementləri nümayiş etdirilir.

Təşkilatın regional direktorunun müavini Məryəm Qafarzadə XI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbət edib.

O qeyd edib: “Azərbaycanda belə genişmiqyaslı kitab sərgisinin keçirilməsi ölkənin bütün sahələrdə - mədəniyyətdə, nəşriyyatda, ədəbiyyatda sürətli inkişafını əyani şəkildə əks etdirir. Burada yüksək keyfiyyəti ilə seçilən çoxsaylı nəşrlər nümayiş etdirilir. Bir azərbaycanlı kimi, dünya ədəbiyyatının - istər klassiklərin, istərsə də müasir müəlliflərin əsərlərinin getdikcə daha çox Azərbaycan dilinə tərcümə olunduğunu, yüksək səviyyədə çap edildiyini görməkdən çox məmnunam”.

Onun sözlərinə görə, ICESCO-nun sərgidə iştirakı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır: “Biz region ölkələrində mədəniyyət, elm və təhsil sahələri üzrə əməkdaşlıq üçün böyük potensial görürük. Mədəniyyət, şübhəsiz ki, ən geniş və zəngin sahələrdən biridir, çünki Azərbaycanın qədim tarixi və unikal mədəni irsi var. Çalışırıq ki, bu irs təkcə Azərbaycanda və Mərkəzi Asiya ölkələrində deyil, həm də ICESCO-nun üzvü olan bütün dövlətlərdə geniş şəkildə təmsil olunsun və vurğulansın”.

Məryəm Qafarzadə AZƏRTAC ilə əməkdaşlıqdan da danışaraq qeyd edib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi təşkilatın etibarlı tərəfdaşlarından biridir.

“Bu əməkdaşlıq xüsusilə əlamətdardır, belə ki, AZƏRTAC Azərbaycan mədəniyyətinin və mənəvi dəyərlərinin təbliğinə mühüm töhfə verir”, - deyə direktor müavini vurğulayıb.

O, söhbətin sonunda ICESCO-nun bütün tədbirlərində fəal iştirakına və onların işıqlandırılmasında köməyə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri