Icma.az
close
up
RU
İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ YENİDƏN GÜNDƏMDƏ “Bu sistem artıq dağılıb və müasir reallıqlara cavab vermir”

İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ YENİDƏN GÜNDƏMDƏ “Bu sistem artıq dağılıb və müasir reallıqlara cavab vermir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar Azərbaycanda icra hakimiyyətlərinin gələcəyi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Yerli mətbuatda yayılan məlumatlara görə, artıq Bakının bir sıra rayonlarında icra hakimiyyətlərinin strukturunda ciddi dəyişikliklər aparılmağa başlanılıb. Belə ki, Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənib.

Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin strukturlara rəhbərlik birbaşa icra başçılarının müavinlərinə həvalə olunub. Yenilənməyə əsasən, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili, eləcə də ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək. İcra başçısının müavini isə sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna nəzarəti həyata keçirəcək.

Eyni zamanda, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, eləcə də hüquq və inzibati işlər şöbəsi ləğv edilərək onların bazasında vahid — sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə sənədlərlə və vətəndaş müraciətləri, həmçinin hüquq və kadr məsələləri sektorları tabe olacaq. Bildirilir ki, icra başçısının şəhər və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin strukturunda da dəyişikliklər aparılıb və bütün proses iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşların isə Dövlət İmtahan Mərkəzi vasitəsilə digər dövlət qurumlarında işlə təmin ediləcəyi qeyd olunur.

Qeyd edək ki, bu struktur dəyişiklikləri əslində təsadüfi deyil. Çünki son aylarda bir sıra icra hakimiyyətlərində korrupsiya və rüşvət faktları ilə bağlı səs-küylü həbslər baş verib. Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və təkrarən rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı yoxlamalar nəticəsində icra başçısının müavini və digər vəzifəli şəxslər barəsində qabaqcadan əlbir olan qrup halında təkrarən və külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.

Hazırda həbsdə 8 sabiq icra başçısı var…

Yaxın illərə nəzər saldıqda da bir sıra icra başçılarının eyni əməllər üzündən həbsə atıldığını görmək olar. Məsələn, bu istiqamətdə ilk səs-küylü həbslərdən biri 2019-cu ilə təsadüf edir. Həmin il Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb.

Elə həmin il Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev də həbs edilib. 9 il müddətinə azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə həbsdə olarkən koronavirusdan vəfat edib.

İcra başçılarının həbsi 2020-ci ildə daha geniş miqyas alıb. Fevral ayında Neftçala Rayon İcra Hakimiyyətinin, may ayında isə Biləsuvar və İmişli rayonlarının icra başçıları saxlanılıb. Ardınca Kürdəmir və Cəlilabad rayonlarının icra başçıları da həbs edilib. Bu həbslər arasında cəzasını tam çəkərək azadlığa çıxanlar da var. Onlardan biri 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur.

Həbs dalğası 2021-ci ildə də dayanmayıb. Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona ilkin olaraq 11 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib, sonradan bu cəza 10 ilə endirilib.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində dövlət aparatının həddindən artıq böyük olduğunu və bunun həm iqtisadiyyata, həm də cəmiyyətə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, müasir yanaşmaya əsasən dövlət nə qədər kiçik və çevik olsa, bir o qədər effektiv idarəetmə və sağlam iqtisadi mühit formalaşar.

İqtisadçı qeyd edib ki, dövlət mülkiyyəti ilə özəl mülkiyyət arasındakı mübahisələr dünyada artıq çoxdan bitib: “Biz 70 il dövlət mülkiyyətinə əsaslanan bir sistemdə yaşadıq və bunun effektiv olmadığını gördük. Sonradan bazar iqtisadiyyatına keçdik. Amma bu gün məşğulluğun strukturuna baxanda görürük ki, təxminən 50 faiz dövlət sektorunda, 50 faiz isə özəl sektordadır. Bu isə normal bazar iqtisadiyyatı üçün qəbul edilən göstərici deyil”.

Xalid Kərimli vurğulayıb ki, dövlət sektorunda çalışanların maaşları birbaşa büdcədən ödənilir və bu büdcə əsasən neft gəlirləri və vətəndaşlardan toplanan vergilər hesabına formalaşır: “Neft pulları çox olanda dövlət xərcləri də artır. Amma neft gəlirləri azaldıqca bu yük birbaşa vətəndaşın üzərinə düşür. Vergilər artır, işləyən insanların yükü ağırlaşır”.

İqtisadçının sözlərinə görə, dövlət sektorunda maaşlar adətən özəl sektordan aşağı olur və bu da başqa problemlər yaradır: “Əlində inzibati səlahiyyət olan, amma maaşı aşağı olan məmur bu fərqi başqa yollarla qapatmağa çalışır. Dövlətin verdiyi gücdən, monopol mövqedən istifadə edərək əlavə gəlir əldə etmək cəhdləri ortaya çıxır. Bu isə korrupsiyaya yol açır və nəticədə yenə zərbə özəl sektora və vətəndaşa dəyir”.

Xalid Kərimli hesab edir ki, problem yalnız ayrı-ayrı şəxslərdə deyil, bütövlükdə strukturun özündədir: “Bir tərəfdən xalq vergilər hesabına böyük dövlət aparatını saxlayır, digər tərəfdən isə bu aparatın çoxluğu əməkhaqlarının aşağı olmasına gətirib çıxarır. Aşağı maaş da korrupsiya riskini artırır. Mövcud idarəetmə sistemi sovet dövrünün planlı iqtisadiyyatına uyğun qurulub. O vaxt hər şey mərkəzdən planlaşdırılırdı, bütün iş yerləri dövlətdə idi, müəssisələrin hansı rayonda, harada yerləşəcəyi — hamısı əvvəlcədən müəyyən olunurdu. İnzibati ərazi bölgüsü də buna uyğun idi”.

İqtisadçının sözlərinə görə, bu sistem artıq dağılıb və müasir reallıqlara cavab vermir: “İndi bazar iqtisadiyyatıdır. İnsanlar iş olan yerə köçür, sahibkarı isə məcbur edə bilməzsən ki, gedib konkret rayonda zavod, mağaza açsın. Sovet dövrünün inzibati ərazi quruluşu bugünkü iqtisadi münasibətlərlə uzlaşmır. Bu məsələnin həlli də köklü islahatlardan keçir. Birincisi, inzibati ərazi bölgüsü yenidən nəzərdən keçirilməlidir. İkincisi, icra hakimiyyətlərinin və mərkəzi icra orqanlarına tabe olan yerli strukturların sayı əhəmiyyətli dərəcədə azaldılmalıdır. Əks halda, böyük dövlət aparatı həm iqtisadiyyatı sıxışdıracaq, həm də korrupsiya risklərini artırmağa davam edəcək”.

Sabiq millət vəkili Vahid Əhmədov da bu yaxınlarda “AzPolitika”ya müsahibəsində bildirmişdi ki, 70-dən çox icra orqanının olması büdcə üçün əlavə yükdür: “14 xüsusi nümayəndəlik saxlamaq başqa məsələdir, 70-dən çox icra orqanı saxlamaq isə tamam başqa yükdür. Bu, böyük maliyyə xərci deməkdir. Halbuki cənab Prezidentin tapşırığı ilə Qarabağda işlər sürətlə gedir, əkin sahələri yaradılır, sənaye zonaları formalaşdırılır və bu proseslər o qədər də böyük saxlanma xərcləri tələb etmir. Əhali sayı və real ehtiyaclar nəzərə alınmadan struktur saxlanılması islahat deyil. Əsl islahat həmişə effekt verir və çox ciddi nəticələr ortaya qoyur. Azərbaycanda da gec-tez bu cür dərin və sistemli islahatlara başlanılmalıdır”.

Qeyd edək ki, hazırda Azərbaycanda rayon və şəhər səviyyəsində ümumilikdə 66 rayon və 11 şəhər icra hakimiyyəti fəaliyyət göstərir. Bakıda və digər bölgələrdə aparılan son struktur dəyişiklikləri isə göstərir ki, ən azı yaxın mərhələdə icra hakimiyyətlərinin tam ləğvindən daha çox, onların funksiyalarının ixtisarı və mərkəzləşdirilməsi gündəmdədir.

E. Bəyməmmədli
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri