Nəqliyyatla bağlı yeni güzəştlər nəzərdə tutulur
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
“Nəqliyyat haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Sənədin əsas məqsədi nəqliyyat sahəsində dövlət idarəetməsini daha çevik və səmərəli etməkdir.
Avtosfer.az xəbər verir ki, qanun layihəsinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müəyyən işlərin görülməsi üçün lisenziya və icazələrin alınmasından azad ediləcək. Lisenziya və icazə tələb olunmayan fəaliyyət növlərinin siyahısı isə qanun qəbul edildikdən sonra təsdiqlənəcək.
Bu məsələlər “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bu dəyişiklik inzibati prosedurların sadələşdirilməsinə, nəqliyyat sektorunda dövlət müəssisələrinin daha operativ fəaliyyət göstərməsinə və vahid idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir. Qeyd edilir ki, analoji güzəştlər daha əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) üçün də tətbiq edilmişdi. Yeni dəyişikliklərin nəqliyyat və kommunikasiya sektorunda dövlət müəssisələrinin fəaliyyətini daha səmərəli və sürətli icra etməsinə imkan yaradacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Mart 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















