Icma.az
close
up
RU
IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edib

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edib

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və İslam Dünyası Təhsil və Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən ICESCO-nun baş qərargahında gənclər üçün 10 həftəlik beynəlxalq təcrübə proqramı elan edib.

Bakıvaxtı.az xəbər verir ki, təcrübə proqramı təşkilatın işçi dili olan ingilis dilində keçiriləcək.

Təcrübə proqramı çərçivəsində bütün seçim mərhələlərini uğurla keçəcək iki iştirakçı ICESCO-nun ətraf mühit, sosial və humanitar elmlər istiqamətləri üzrə fəaliyyət göstərən bölmələrində beynəlxalq mütəxəssislərlə birgə çalışaraq dəyərli təcrübə qazanmaq imkanı əldə edəcəklər.

ICESCO-da təcrübə müddətində gənclər təşkilatın işi ilə, həmçinin İslam ölkələrinin dünya elmi və mədəniyyətinə töhfəsi ilə yaxından tanış olacaq, təşkilatın müvafiq bölmələrinin gündəlik fəaliyyətinin aparılmasına, sözügedən sahədə beynəlxalq əməkdaşlıqların qurulmasına və eyni zamanda ICESCO tərəfindən həyata keçirilən mühüm layihələrin icrasına öz töhfələrini verəcəklər.

Seçilmiş iştirakçıların səyahət, yaşayış və digər müvafiq xərcləri IDEA tərəfindən qarşılanacaqdır.

Seçim meyarlarına əsasən yaş aralığı 18-29 olmalıdır. Bununla yanaşı müvafiq sahələr üzrə təhsil alan və ingilis dilində biliyi olan tələbə və məzunlar (bakalavr, magistr və ya doktorantura pillələri) şəxslər müraciət edə bilər.

Son müraciət tarixi aprelin 15-dir.

Qeyd edək ki, ICESCO üzv dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, eləcə də humanitar dialoqu təşviq edən beynəlxalq hökumətlərarası təşkilatdır. 1979-cu ildə əsası qoyulmuş bu qurum İslam dünyasının zəngin mədəni irsinin qorunması və dünya miqyasında tanıdılması üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri