Icma.az
close
up
RU
İdentiklik AMİLİ “Milli ideologiya öz mahiyyətinə görə şərti prioritetlər sistemidir”

İdentiklik AMİLİ “Milli ideologiya öz mahiyyətinə görə şərti prioritetlər sistemidir”

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Milli ideologiya yaradıcı beyinlərin daim diqqət mərkəzində olmalı və cəmiyyətin intellektual kəsimini hər zaman düşündürməlidir. Ən azından ona görə ki, ideologiya cəmiyyəti və dövləti müxtəlif sarsıntılardan qoruya biləcək əsas amillərdən biridir. İnformasiya texnologiyalarının yaratdığı qlobal dalğaların təsiri altında milli identiklik amili getdikcə öz aktuallığını itirir və bu proses müəyyən mənada hətta artıq qaçılmazdır. Qeyd olunan obyektiv proseslərin fonunda ideologiya amili bu gün heç zaman olmadığı qədər öz dəyərini artırmış olur.

Burada tarixi Qələbəmizi yada salsaq, yenə də ideologiyanın müstəsna əhəmiyyətini görə bilərik. İdeologiya xalq və dövlət olaraq birliyimizi, habelə cəmiyyətdə mövcud olan potensialların səfərbərliyini təmin edir. Müasir dövrdə mili ideologiyanın başqa bir funksiyası — cəmiyyətin mobilliyi də müstəsna əhəmiyyətə malikdir. Cəmiyyətin bu bacarığı qısa müddət ərzində istənilən hədəfə nail olmağa köməklik edir. Məhz postmüharibə dövründə cəmiyyətin mobilliyi qısa müddət ərzində dövlətin bərpa olunması və inkişafına xidmət edən tükənməz resursdur. Bəzi ölkələrin timsalında bunun dəfələrlə şahidi olmuşuq. Qeyd olunan məsələlər məsuliyyətli vətəndaşı düşündürməyə bilməz. Əlbəttə ki, ölkənin intellektual cameəsi mövcud məsələdə öz güclərini əsirgəməməli və hətta bu məsələdə öndə getməlidir. Çünki ideoloji müstəvidə yaranan boşluqları sosial şəbəkələrdə yaşanan “eybəcərliklər” çox qısa zaman kəsimində doldura bilər, bu isə olduqca təhlükəli tendensiyalara gətirib çıxardacaqdır.

Bəllidir ki, milli və dövlət ideologiyasının formalaşmasının bir neçə əsas  metodologiyası mövcuddur. Onlardan biri dövlət başçısının siyasəti və ritorikası, digəri isə cəmiyyətin intellektual kəsiminin nəzəri çalışmalarıdır. Prezident İlham Əliyevin məsələ ilə bağlı hətta açıq şəkildə səsləndirilmiş “sifarişlərinə” rəğmən intellektual kəsim hələ də cəmiyyətin müzakirəsinə fundamental hesab olunacaq çalışmaları təqdim etməyib. Dövlət başçısı isə tam əksinə, çağdaş ideologiyamızın məzmun və modelini müəyyən edə biləcək fikirləri davamlı olaraq öz çıxış və müsahibələrində səsləndirir. Əlbəttə ki, mövcud məsələdə sanballı nəticələri əldə etmək üçün Prezident İlham Əliyevin çıxışlarından sadəcə sitatların gətirilməsi yetərli sayıla bilməz. İdeoloji müstəvini informativ təbliğat işi ilə qarışdırmaq olmaz.

Bu il martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin tərəfindən səsləndirilmiş fikirlər mütləq olaraq çağdaş ideologiyamızın formalaşması prosesində nəzərə alınmalıdır. Unutmayaq ki, milli ideologiya öz mahiyyətinə görə şərti prioritetlər sistemidir. Bu prioritetlər həm dövlət quruculuğu prosesində, həm də ictimai münasibətlərin bütün müstəvilərində nəzərə alınmalıdır. Yalnız bu halda milli ideologiya yaşam və düşüncə tərzinə, habelə cəmiyyətin inkişafında güclü amilə çevrilə bilər.

Prezident İlham Əliyevin Suqovuşan kəndində səsləndirdiyi bəzi fikirləri qeyd edək.

Sitat 1: “Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk.”;

Sitat 2: “Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.”;

Sitat 3: “Bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir.”;

Sitat 4: “Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə.”;

Sitat 5: “Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq.”;

Sitat 6: “İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.”.

Qeyd olunan fikirlər çağdaş ideologiyamızın müvafiq olaraq növbəti prioritetlərini müəyyən edir: Müzəffər Ordumuz Qalib xalqın qürur mənbəyidir, habelə Ordu – Xalq birliyi müasir Azərbaycanı səciyyələndirən əsas keyfiyyətlərdəndir; gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi; öz gücünə söykənən müstəqil siyasətin reallaşdırılması; cəmiyyətin parçası olan hər bir vətəndaşa hörmət və layiqli həyat; “Qalib xalq” məfhumunun xalqın ictimai təfəkküründə təsbit olunması; “ədalət” prinsipinin qorunması; “güclü fərd – güclü millət – güclü dövlət” düsturunun tətbiqi; modernləşmə və informasiya cəmiyyəti qaydalarının mənimsənilməsi.

Qısaca olaraq onu da əlavə edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə inşa olunan demək olar ki, bütün yeni yaşayış məkanlarının açılışında Prezident İlham Əliyev bilavasitə özü iştirak edir. Milli ideologiya kontekstində isə dövlət başçısının bu cür addımları növbəti vacib mesajı özündə ehtiva edir: dövlət-xalq birliyi. Siyasi münasibətlər müstəvisində isə cəmiyyətə sözügedən mesaj ölkəmizdə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti vasitəsilə ötürülür. Heç şübhəsiz ki, bütün dövlət aparatı və vətəndaş cəmiyyəti institutları qeyd olunan şərti ideoloji prioritetlərə xidmət etməlidir./musavat.com

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri