2026 cı ilin ən güclü pasportları açıqlandı Azərbaycan sıralamada neçəncidir?
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Londonda yerləşən “Henley&Partners” konsaltinq şirkəti dünyanın ən güclü pasportları haqqında 2026-cı il hesabatını dərc edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət pasportların vətəndaşlarına təqdim etdikləri vizasız səyahət imkanlarına əsasən onların gücünü qiymətləndirir. Builki araşdırmada 227 ölkə yer alıb.
Sinqapur yenidən siyahıya başçılıq edib. Bu ölkənin pasport sahibləri 192 ölkə və bölgəyə vizasız girişlə dünyada birincidirlər.
Sıralamada Sinqapuru 188 ölkə və bölgəyə vizasız səyahət təklif edən Yaponiya və Cənubi Koreya izləyir. Eyni bala sahib ölkələrin reytinqi bölüşdüyü siyahıda beş Avropa ölkəsi üçüncü pillədə qərarlaşıb. Söhbət Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrədən gedir. Bu ölkələrin vətəndaşları 186 ölkə və bölgəyə vizasız səyahət edə bilirlər.
Dördüncü yerdə 185 ölkəyə vizasız giriş icazəsi verən Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Niderland və Norveç qərarlaşıb.
Beşinci yeri 184 ölkə ilə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri bölüşür.
6-cı pillədə Xorvatiya, Çex Respublikası, Estoniya, Malta, Yeni Zelandiya və Polşa qərarlaşıb. Bu ölkənin vətəndaşlarının vizasız səhayət etdikləri ölkə sayı 183-dür.
182 ölkəyə vizasız yollanmaq hüququ olan Avstraliya, Latviya, Lixtenşteyn və Böyük Britaniya reytinqin 7-cisidir.
Kanada, İslandiya və Litva vətəndaşları 181 ölkəyə vizasız səyahət etmək hüququna sahibdirlər.
Sıralamada 9-cu yeri 180 ölkə ilə Malaziya tutur.
İlk onluğu ABŞ qapayır. Birləşmiş Ştatların vətəndaşları vizasız 179 ölkəyə səyahət edə bilərlər.
Azərbaycan pasportu isə dünya reytinqində 67-ci yerdədir. Ölkəmizin vətəndaşları 70 ölkəyə vizasız səyahət edə bilərlər.
Qardaş Türkiyə sıralamada 46-cı yerdədir. Türkiyə pasportu ilə 113 ölkə və bölgəyə vizasız giriş icazəsi var.
İndeksdə ən çox diqqətçəkən məqam bəzi Qərb ölkələrinin yaşadığı geriləmə olub. Ən kəskin eniş Böyük Britaniyada müşahidə olunub. Bu pasport son bir ildə səkkiz ölkəyə vizasız giriş haqqını itirib. ABŞ isə ötən illə müqayisədə yeddi ölkə itirib.
Siyahının sonunda pasportu ilə yalnız 24 ölkəyə vizasız giriş icazəsi verən Əfqanıstan qərarlaşıb. Suriya 26 ölkə ilə 100-cü, İraq isə 29 ölkə ilə 99-cu yerdədir.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















