“Tramp İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq” ŞƏRH
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Türkiyə ABŞ-ın İrana hərbi müdaxiləsinin əleyhinədir. Türkiyənin siyasi dairələrini anlamaq olar. ABŞ-ın vaxtilə İraqa və Suriyaya hərbi müdaxilələri Türkiyəyə ciddi problemlər yaratdı. Ona görə də Ankarada hesab edirlər ki, ABŞ-ın İrana mümkün müdaxiləsi Türkiyəyə əlavə problemlər yaradacaq”.
Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:
“Bu səbəbdən Ankara müdaxilə ssenarisinin qarşısını almaq üçün Vaşinqtonla təmasları yoğunlaşdırıb. Öz növbəsində Tehran Ankaranın imkanlarından istifadə etməyə qərar verib. ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmaslara ara verdiyini elan etdikdən sonra Tehran Ankaraya müraciət edib. İran və Türkiyə xarici işlər nazirləri Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefonla danışıblar. Tehran Ankaranın Vaşinqtonu müdaxilə ssenarilərindən imtina etməsinə inandırmasını istəyir. Hakan Fidan Abbas Əraqçi ilə danışıqlardan sonra ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrakla görüşüb. Tom Barrak səfir olmaqla yanaşı Donald Trampın yaxın dostudur və onun dövlət katibinin başı üzərindən Prezidentlə birbaşa təmas imkanı var. Barrak Ankaranın istəyini Trampa çatdıracaq”.
Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ Prezidenti İrana müdaxilə qərarı verərsə, Türkiyənin maraqlarını nəzərə almayacaq.
“Türkiyə İranda təlatümlərin səngiməsini və bu dövlətin ərazi bütövlüyünü dəstəkləsə də, qardaş ölkədə İrandakı rejimin illər boyu PKK-nı dəstəklədiyini də unutmayıblar”,-deyə politoloq əlavə edib.
Qeyd edək ki, İranda iqtisadi gərginliyə görə kütləvi aksiyalar davam edir.
Ölkədə iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 28-də davam edir. Yayılan məlumatlarda xeyli insanın öldüyü bildirilmişdir.
Aksiyalarda hüquq-mühafizə orqanı əməkdaşları ilə toqquşmalar baş verir.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















