“Qarabağ” yüzminlərlə azarkeşin gözünü yolda qoyub... bəs, nə vaxt açıqlanacaq?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Yanvar “Qarabağ” üçün yetərincə gərgin keçəcək.
Çempionlar Liqasının liqa mərhələsindəki çıxışını davam etdirən “köhlən atlar” 21-də Frankfurt “Ayntraxt”ını qəbul edəcəksə, 28-də “Liverpul”un qonağı olacaq. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağına məhz bu matçlardan sonra aydınlıq gələcək. Bu öz yerində.
Məlum olduğu kimi, “Liverpul” artıq ağdamlılarla matç üçün biletləri satışa çıxarıb və hətta artıq bilet almaq istəyənlər üçün vaxt başa çatıb. “Qarabağ” isə “Ayntraxt”la oyun üçün biletləri hələ satışa çıxarmayıb. Halbuki oyuna cəmi 8 gün qalıb.
Bunun səbəbini öyrənmək məqsədilə “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıya müraciət etdik. Bəlli oldu ki, biletlərin satışda olacağı tarix hələ müəyyənləşməyib. Bununla yanaşı, klub hələ həmin tarixin əvvəlcədən ictimaiyyətə elan olunub-olunmayacağı haqda qərar da verməyib.
Kəsəsi, “Qarabağ” azarkeşlərinin gözü hələ bir müddət də yolda qalacaq. Hər halda, klubun sosial şəbəkə hesablarını daim diqqətdə saxlamaqda fayda var. Ona görə ki, “köhlən atlar” “Ayaks”a qarşı oyunun biletlərini xəlvətcə satışa çıxarmış, bunu “qara bazar”dan qorunmaq və biletlərin satışda olduğu “iticket.az” saytının həddən artıq yüklənməsinin qarşısını almaq niyyəti ilə bağlamışdı.
KƏNAN BAHADIR
Baxış sayı:89
Bu xəbər 14 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















