“İki il əvvəl vəfat edən uşağımın şəkillərini paylaşıb pul yığırlar” VİDEO
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır”.
Sfera.az-ın məlumatına görə, bu iddia ilə Xezerxeber.az-a uşağın anası Nəzrin Əsgərova müraciət edib.
O bildirib ki, övladı M. Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib. Hələ də 2 il əvvəl vəfat edən uşağının şəkilləri sosial mediada pul yığmaq üçün istifadə olunur: “Hesab kartı qoyaraq insanları aldadır, kömək istənilir, pul yığırlar. Hesab Aygün Umudova adlı şəxsin adından açılıb. Halbuki mənim uşağım iki il əvvəl Türkiyədə dəfn olunub. Bu qədər vicdansızlıq, insanların inamından istifadə eləmək hara sığır?! Tək mənim uşağım deyil, başqa uşaqların da şəkilləri paylaşılır. Bildiyimə görə, o uşaqlar da vəfat ediblər...”
N. Əsgərova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
Daha ətraflı videosüjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















