Icma.az
close
up
RU
İki milyondan danışanlar indi nə deyəcəklər?

İki milyondan danışanlar indi nə deyəcəklər?

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə bu ölkədə rəsmi qeydiyyatda olan müxtəlif kateqoriyalı Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 224 397 nəfər təşkil edib. 

“Qafqazinfo” xəbər verir ki, burada xarici vətəndaşların ölkə ərazisində bu və ya digər şəkildə yaşadığı bütün aspektlər - müvəqqəti yaşama icazəsi alanlar, daimi yaşama icazəsi olanlar, müxtəlif kiçik qayda pozuntularına görə “Nəzarət olunan şəxslərin reyestri”nə düşənlər, həmçinin miqrasiya uçotuna duran bütün şəxslər nəzərə alınıb. 

Bəzi ekspertlərin fikrincə, Rusiyada miqrasiya qanunvericiliyində 2024-2025-ci illər ərzində aparılmış genişmiqyaslı dəyişikliklər və sərtləşdirmələr bu ölkədəki xarici vətəndaşların demoqrafik dinamikasına, miqrasiya davranışına və uzunmüddətli yerləşmə imkanlarına ciddi təsir göstərib. Tətbiq edilən yeni hüquqi məhdudiyyətlər, inzibati nəzarət mexanizmləri, habelə sosial-iqtisadi və hərbi amillər Rusiya vətəndaşı, bu ölkədə miqrasiya uçotunda olan və müvəqqəti və daimi yaşamaq icazəsinə malik digər xalqların nümayəndələrinin ümumi sayında azalmaya səbəb olub. 

Lakin Rusiyada 2010 və 2021-ci illərdə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən Rusiya vətəndaşları olan etnik azərbaycanlıların sayı müvafiq olaraq 603 070 və 474 576 nəfər təşkil edib. 

Bu da göstərir ki, Rusiyada 2 milyon və daha çox azərbaycanlının daimi və ya müvəqqəti yaşadığı barədə iddiaların əsası yoxdur. 

Rusiyada yaşayan və işləyən azərbaycanlıların sayı uzun illər müxalifətin, onun orbitində olan QHT-lərin, ekspertlərin, jurnalistlərin və digərlərinin manipulyasiya predmeti olub. Hər bir seçki dövründə guya Rusiyada 2 milyondan artıq azərbaycanlının Rusiyada yaşadığı və onların səslərinin saxtalaşdırıldığı, yaxud insanların ölkədə yaşa bilməməsi və buna görə də qazanc dalınca Rusiyaya üz tutduğu iddiaları irəli sürülüb. Bundan başqa Rusiyada yaşayan azərbaycanlıların davamlı şəkildə öz ailələrinə pul göndərməsi əsas gətirilərək bu vəsaitlərin kəsiləcəyi təqdirdə Azərbaycanda vəziyyətin pisləşəcəyi deyilib. Üstəlik, bu məsələ Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqlarından biri kimi şərh olunub. Elə hazırda həbsdə olan AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın funksionerləri, fəalları, digər radikal partiyaların nümayəndələri, müxalifyönlü ekspertlər məsələni manipulyasiya obyektinə çevirib Azərbaycan ictimaiyyətini çaşdırmağa çalışıblar. 

Ancaq indi bəlli olur ki, bütün deyilənlər ağ yalandır və hakimiyyətin həyata keçirdiyi siyasəti ləkələmək, ölkədə vəziyyəti olduqca bədbin tonda təqdim etmək məqsədilə uydurulub və şişirdilib. 

Bu faktın özü seçki manipulyasiyalarını, Azərbaycanda sosial-iqtisadu durumla bağlı irəli sürülən iddiaları alt-üst edir. 

Maraqlıdır, görəsən bu günə kimi Rusiyada 2 milyon və daha çox azərbaycanlının yaşadığını iddia edərək ağzı dolusu danışanlar indi nə deyəcəklər?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri