Icma.az
close
up
RU
İki “Z”dən biri Zalujnı prezident olmaq istəmir?

İki “Z”dən biri Zalujnı prezident olmaq istəmir?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Amerika və Rusiya Zelenskinin rəqibini müəyyən edir; Ukrayna müxalifəti isə...

Son günlər xüsusilə də ABŞ-Rusiya danışıqları və Donald Trampın məlum açıqlamaları fonunda mediada Ukraynada prezident seçkisinin keçirilməsi mövzusu xeyli aktuallaşıb. Prezidentliyə potensial namizədlər sırasında isə Volodimir Zelenskidən sonra ən çox Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnının adı çəkilir.

Turkustan.az xəbər verir ki, “NV” nəşrinin yazdığına görə, Zalujnı hələlik seçkilərdə iştirak edib-etməyəcəyinə dair suala cavab verməyə hazır deyil. Onun nəşrə açıqlamasına görə, bu məsələ o zaman aktuallaşacaq ki, heç nə Ukrayna dövlətçiliyinə təhlükə yaratmasın: “Birincisi, belə bir sualın uyğun olacağı şərtləri yaranmalıdır. Hələlik bizim bir vəzifəmiz var - sağ qalmaq və dövləti qorumaq. Yalnız bundan sonra başqa bir şey haqqında düşünə biləcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl Zelenski Kiyev Aİ və ya NATO-ya daxil olana qədər getmək fikrində olmadığını deyib: “Əgər sabah Ukrayna Aİ və NATO-ya qəbul olunarsa, mən daha lazım olmayacağam. Amma bu baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Zalujnının indiki halda Zelenskiyə qalib gəlməsinin mübahisəli məsələ olduğunu düşünür: “Ukraynada baş verən son hadisələr fonunda Valeri Zalujnının Zelenskinin xələfi olacağını düşünənlər çoxdur. Zalujnı da Zelenski kimi yəhudi kökənlidir və sələfi kimi o da Qərbin ideoloji köynəyindən çıxmış adamdır. Amma indiki məqamda Zalujnının seçkilərə qatılaraq Zelenskiyə qalib gəlməsi bir qədər mübahisəlidir. Bəli, Zelenskidən sonra ikinci nüfuzlu şəxs Zalujnı ilə Podolyakdır. Amma Podolyak işin ağır tərəfini öz üzərinə götürüb və sırf ideoloji-diplomatik savaşda mübarizə aparır. Zalujnı isə Ukraynada siyasət yürüdə bilməz. Hətta bunun üçün rəsmi qadağa da mövcuddur. Ona görə də Zelenski onu bilərəkdən Kiyevdən uzaqlaşdırıb və Londona göndərib. Mübahisə və müzakirə doğuran əsas nüans ondan ibarətdir ki, əgər ABŞ-la Qərbin Ukrayna məsələsində mövqeyi üst-üstə düşərsə, Zalujnı seçkilərə namizəd kimi qatıla bilər. İndiki məqamda Ukrayna məsələsində ABŞ-la Avropa dövlətlərinin mövqeyi üst-üstə düşmür. Tramp hakimiyyəti çalışır ki, Zelenski Rusiya ilə sövdələşməyə getməyəcəyi halda, hakimiyyətdən təcili uzaqlaşsın. Fransa başda olmaqla, bəzi Qərbi Avropa ölkələri isə bunun əksini düşünür. Onlar sona qədər Ukraynanın yanında olacaqlarını dilə gətirirlər. Belə olan halda, Zalujnının seçkilərə Qərbin vahid namizədi kimi qatılması məsələsi baş tutmayacaq".

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev isə gələcək baxımından Zalujnını əsas namizədlərdən biri sayır: “ABŞ Prezidenti Donald Trampın Zelenski ilə bağlı açıqlaması artıq geniş rezonans doğurub. ABŞ-da hakimiyyətdəki Respublikaçılar Partiyasından olan bir çox siyasətçilər də bu bəyanatın yanlış olduğunu bildiriblər. Ən əsası artıq Ukraynada mövcud olan siyasi partiya rəhbərləri də Trampın açıqlamasına reaksiya verməyə başlayıblar. Yuliya Timoşenko müharibə gedən bir zamanda bu bəyanatın yersiz olduğunu və ölkənin prezidenti Zelenskinin qanuna uyğun olaraq səlahiyyətlərini yerinə yetirdiyini və siyasi partiyaların hazırkı durumda onunla birlikdə Rusiyaya qarşı mübarizə apardığını bildirib. Zelenskinin legitim olmaması, yeni prezident seçkisinin keçirilməməsi səbəbindən onunla hər hansı danışığın mümkün olmaması barədə isə yalnız Putin fikir bildirmişdi. O səbəbdən Trampın fikirləri Ukraynada təəccüb doğurub. Ukrayna Konstitusiyasına görə, müharibə aparan ölkədə seçkilərin keçirilməsinin təxirə salınması və mövcud prezidentin səlahiyyətlərini davam etdirməsi göstərilib. Bu gün parlamentdə və parlamentdən kənar fəaliyyətdə olan əsas siyasi partiyalar bu reallığı qəbul edib hər hansı bir seçki çağırışı etmirlər. O səbəbdən "ölkədə seçki keçirilməlidir" deyəndə bunu hansı şəraitdə və hansı qaydalarla həyata keçirilməsini də demək lazımdır. Zelenskinin özü istefa verə bilər, o zaman isə yenə də seçkilərin keçirilməsi mümkün olmayacaq. Konstitusiyaya görə Ali Rada sədri bu səlahiyyətləri həyata keçirə bilər. Zelenski isə istefa verəcəyi ilə bağlı indiyədək bir fikir söyləməyib. Doğrudur, əgər seçki keçirmək imkanları olsaydı, əsas namizədlərdən biri Valeri Zalujnı ola bilərdi. Zalujni döyüşən general olub, ordu, xalq içində nüfuzu böyükdür. Əslində onun prezident olması Putin üçün heç də arzuolunan deyil. Yəni müharibə partiyasının lideri olaraq prezident olacağı halda Rusiyanın başı çox ağrıya bilər. Amma istənilən halda hazırda Zalujnı bu istiqamətdə fikir söyləmədiyindən müzakirənin əhatəsi də böyük deyil. Amma gələcək üçün ölkə prezidentliyinə əsas namizədlərdən biri də o ola bilər".

“Ukraynada seçkilər keçirilərsə, prezident Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya uduzacaq”. Bu barədə isə “The Economist” jurnalı ictimai rəy sorğusuna istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Ukrayna sakinlərinin çoxu Zelenskidən narazıdır. Məlumatda bildirilir ki, Zelenski 65%-nin əleyhinə 30% səslə Zalujnıya uduzacaq. Məqalədə iddia olunur ki, Zelenski daha geniş dəstək axtarmaq əvəzinə getdikcə diqqətini ən yaxın tərəfdarlarına yönəldir və çevrəsində onun səhv etdiyini söyləməyə hazır olan heç kim yoxdur. /AzPolitika/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri