Icma.az
close
up
RU
İkinci hamiləlikdə qadınların beyni dəyişirmiş

İkinci hamiləlikdə qadınların beyni dəyişirmiş

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Amsterdam Universiteti Tibb Mərkəzi (UMC) tərəfindən aparılan araşdırma göstərir ki, ikinci dəfə hamilə olan qadınların beynində xüsusi dəyişikliklər baş verir. Bu dəyişikliklər, anaların diqqətini daha yaxşı yönəltməsinə və bir neçə uşağa eyni vaxtda baxarkən işini asanlaşdırmağa kömək edə bilər.
Demokrat.az xəbər verir ki, əvvəlki tədqiqatlar ilk hamiləlik zamanı qadın beynində analığa hazırlıq məqsədilə dəyişikliklərin baş verdiyini ortaya qoymuşdu. Yeni araşdırma isə ikinci hamiləlikdə bəzi fərqli dəyişikliklərin meydana gəldiyini göstərir. Qadınların beyin quruluşunda "hədəfə yönəlik diqqət və vəzifə gözləntilərinə" yardım edən yeniliklər müşahidə olunub. Bu da bəzi qadınların ancaq ikinci dəfə ana olduqda yaşadığı düşüncə və emosional çətinliklərin səbəbini izah edə bilər.
Araşdırmada 110 qadın izlənib: ilk dəfə ana olanlar, ikinci dəfə ana olanlar və uşağı olmayanlar qrupa bölünüb. Hamiləlikdən əvvəl və sonra aparılan beyin taramaları, dəyişikliklərin xüsusiyyətlərini açıq şəkildə göstərib.
Məlumatları analiz edən araşdırmaçı Milou Straathof qeyd edir ki, ikinci hamiləlikdə beynin diqqəti və duyğulara reaksiyanı tənzimləyən sahələrindəki dəyişikliklər, anaların eyni anda bir neçə uşağa baxarkən işini asanlaşdırır.
Araşdırma həmçinin beyin dəyişiklikləri ilə ruhsal sağlamlıq arasında əlaqəyə də işıq salır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, dünya üzrə hamilə qadınların təxminən 10%-i, yeni doğum etmiş qadınların isə 13%-i, əsasən depresiya olmaqla, psixoloji problemlər yaşayır. Araşdırma göstərir ki, beynin serebrumunun xarici qatında baş verən struktur dəyişikliklər, peripartum depressiya ilə əlaqəlidir. İlk dəfə ana olanlarda bu dəyişikliklər doğuş sonrası vəziyyətlə daha çox bağlıdırsa, ikinci dəfə ana olanlarda hamiləlik dövründəki ruhsal vəziyyətlə daha güclü əlaqə göstərir.
UMC Hamiləlik Beyin Laboratoriyasının rəhbəri Elseline Hoekzema bildirib ki, bu nəticələr göstərir ki, beyin yalnız ilk deyil, ikinci hamiləlikdə də dəyişir. “Hər hamiləlik qadın beynində fərqli izlər buraxır. Birinci və ikinci hamiləlikdə beyin həm oxşar, həm də unikal dəyişikliklər göstərir,” – deyə o əlavə edib.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri