Icma.az
close
up
RU
İkiqat Oskar laureatı Cin Hekmenin ölüm səbəbi məlum oldu

İkiqat Oskar laureatı Cin Hekmenin ölüm səbəbi məlum oldu

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı aktyor, ikiqat "Oskar" mükafatı laureatı Cin Hekmenin ölüm səbəbi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məhkəmə-tibbi ekspertizasının nəticələrinə istinadla məlumat yayıb.

Ekspertiza aktyorun uzun müddət davam edən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini, konkret olaraq xroniki ürək çatışmazlığı və yüksək qan təzyiqi fonunda yaranan ağır böyrək dəyişiklikləri aşkar edib. Bundan əlavə, Hekmendə Altsheymer xəstəliyinə xas əlamətlər də qeydə alınıb.

Aktyorun həyat yoldaşı, pianoçu Betsi Arakavanın isə hantavirus pnevmoniya sindromu nəticəsində həyatını itirdiyi bildirilib. Qeyd olunur ki, hantaviruslar əsasən kiçik məməlilərdə müşahidə olunur, lakin insanlara keçdiyi hallarda ağır klinik fəsadlar, o cümlədən ağciyər zədələnməsi və ürək çatışmazlığı ilə nəticələnə bilər.

Xatırladaq ki, Cin Hekmen və Betsi Arakava bu il fevralın 26-da ABŞ-nin Nyu-Meksiko ştatındakı evlərində ölü tapılıblar. Polis orqanları onların ölümündə zorakılıq əlamətlərinin aşkar olunmadığını bildirib. Ölüm anında Hekmenin 95, Arakavanın isə 63 yaşı olub.

Cin Hekmenin aktyorluq karyerası 1960-cı illərdə başlayıb. O, 1967-ci ildə çəkildiyi "Bonnie and Clyde" filmi ilə tanınıb və ilk dəfə "Oskar" mükafatına namizəd göstərilmişdi. 1970-ci ildəki "I Never Sang for My Father" filmindəki rolu da ona növbəti "Oskar" namizədliyi qazandırıb.

Hekmenin böyük kino ulduzu kimi tanınması 1971-ci ildə "The French Connection" filmindəki baş rolu ilə bağlıdır. Bu obraz ona "Oskar", "Qızıl Qlobus" və BAFTA-nın "Ən yaxşı kişi rolu" mükafatlarını qazandırıb. Ona mükafat gətirən digər ekran işi "Unforgiven" (1993) filmidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri