Icma.az
close
up
RU
“İkisi ağ, biri qara adamdır?”

“İkisi ağ, biri qara adamdır?”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitləri məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclas gərgin başlayıb.

Ramin Şükürovu üç tanınmış vəkil-Ceyhun Yusifov, Abbas Atakişiyev və Muxtar Mustafayev müdafiə edir.

Vəkillərdən birinin cinayət işi materialları ilə tanış olmaması səbəbindən iş məhkəmə baxışına verilməyib. Ramin Şükürov həbsdə, digərləri ev dustaqlığında mühakimə edilir. Prokuror qətimkan tədbirinin dəyişdirilmədən  saxlanılmasını təklif edib. İttiham tərəfinin bu təklifi vəkillərin etirazı ilə qarşılanıb. İttiham və müdafiə tərəfi arasında mübahisə yaranıb.

Ceyhun Yusifov müvəkkilinin həbsdə saxlanılmasına narazılıq edib. Vəkil etirazını belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin üçü də eyni maddələrlə ittiham olunur, amma biri həbsdə, digərləri azadlıqdadır. Onun sözlərinə görə, R.Şükürov ağır xəstəlikdən əziyyət çəkir, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar qaydada müalicə alır: “Müttəhimlərə fərqli münasibət ola bilməz. Ramin Şükürov da əvvəl ev dustaqlığında idi. Amma sonradan həbs edildi. Əsas da bu göstərilib ki, ittiham ağırlaşdırılıb. Onda prokuror vəsatət qaldırsın, digərləri barəsindəki ev dustaqlığı qətimkan tədbirini də həbslə əvəz edilsin. İkisi ağ, biri qara adamdır? Hesab edirəm ki, üçünün də statusu bərabərləşdirilməlidir. Ən əsası da şəxs ürək xəstəliyindən əziyyət çəkir. Hospitaldan alınmış həkim rəyini də məhkəməyə təqdim etmişik”.

Həm Şükürovun, həm digərlərinin vəkilləri vəsatəti müdafiə ediblər.

Amma məhkəmə hazırki mərhələdə qətimkan tədbirinin dəyişdirilməməsinə qərar verib.

Hazırlıq iclasının davamı iyulun 11-nə təyin edilib. 

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib. Eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri