Icma.az
close
up
RU
İkitərəfli münasibətlər tarixində ilk

İkitərəfli münasibətlər tarixində ilk

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri ilə əlaqədar prezidentlərin  mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev  qeyd etdi ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Somali Federativ Respublikasının Prezidentinin səfəri ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Ölkələrimiz arasında imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə hüquqi əsas olacaq və münasibətləri daha yüksək səviyyəyə qaldıracaq.

Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.

Prezident İlham Əliyev vurğuladı ki, Somali Federativ Respublikası və ölkəmiz arasında münasibətlərin inkişafında müzakirə edilən ən vacib məsələlərdən biri təhsil sahəsidir. Artıq bu sahədə ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Əldə edilmiş razılaşmaya əsasən Somalidən olan tələbələrin Azərbaycan universitetlərində müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Prezident İlham Əliyev mətbuata bəyanatında həmçinin bildirdi ki, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Ölkəmiz müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm ölkəmizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı iki ölkə arasında əməkdaşlığın mühüm sahələrindən biri olacaq.

Mətbuata bəyanatında Prezident İlham Əliyev dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini də vurğuladı. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri zamanı imzalanmış razılaşmalardan biri məhz bu sahəni əhatə edir. Ölkəmizdə artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ölkə başçısı diqqətə çatdırdı ki, ASAN dövlət xidmətləri sisteminə ən mühüm mükafat Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu da onu göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Ölkəmiz Somali Federativ Respublikasında oxşar sistemi qura bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri