Icma.az
close
up
RU
İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir

İkitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 
Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dövlətini ilk tanıyan dövlətlərdən biri də Pakistan oldu. Bu tanıma təkcə dövlətlərarası münasibətlərin siyasi başlanğıcı deyildi, bu tanıma həm də Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin bütün sahələr üzrə inkişafının başlanğıcı oldu. Ermənistanın Azərbaycandan ərazi iddiasına Pakistan da dəfələrlə qəti etirazını bildirib.
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü də siyasi münasibətlər sistemində Azərbaycan-Pakistan münasibətlərinin səviyyəsinin göstəricisidir.
Bu görüşdə Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu gün müzakirə edilən məsələlər arasında əsas hissənin müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunduğunu, Azərbaycanla Pakistanın beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərəcəyinə, beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edəcəyinə əminliyini bildirərək dedi: “Bu gün zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Bu gün çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”.
Dövlətlərarası münasibətlər müxtəlif səviyyədə qurulur və müxtəlif səviyyədə davam etdirilir. Bütün münasibətlər siyasi münasibətlər əsasında formalaşır. Bəzi münasibətlər siyasi müstəvidə gerçək qardaşlıq, gerçək dostluq münasibətləri kimi davam etdirilir. Belə münasibətlər siyasi münasibətlərin də yönümünü səmimiliyə yönəltməyə qadirdir. Azərbaycanla Pakistan arasında münasibətlər 34 ildi belə davam edir və həmişə də belə davam edəcəkdir. Bu məqama diqqət yetirən və diqqqəti bu məqama yönəldən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi ki, “Bu gün güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Əziz qardaşım, dəvətimi qəbul etdiyinizə və Azərbaycana dövlət səfərinə gəldiyinizə görə Sizə bir daha minnətdaram. Ölkə lideri kimi fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Sizin baxışınız və həyata keçirdiyiniz islahatlar həqiqətən nəinki iradənizi göstərir, o cümlədən iqtisadi sahədə, siyasi sabitlik sahəsində və Pakistanın beynəlxalq arenada qlobal iştirakçı kimi potensialında mühüm nəticələr verir. Bütün bunlar gərgin əməyiniz və heyətinizin işi sayəsində mümkün olmuşdur. Bir sözlə, qardaş və dostlarınız kimi, Baş nazir Şərifin müdrik rəhbərliyi ilə Pakistanın nailiyyətlərinə çox sevinirik və fərəhlənirik. Biz qardaşlar kimi bütün gələcək planlarımız və işlərimizdə Sizinlə olacağıq”.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü tam bərpa etdi. Pakistan Azərbaycana qardaşlıq köməyini əsirgəmədi. Azərbaycan ərazi bütövlüyünü bundan sonra daha qətiyyətlə qoruyacaqdır. Bunun üçün ordu quruculuğunda daha geniş miqyasda islahatlar aparmaqla yanaşı, ordunun gücləndirilməsi baxımından silahlanmaya əlahiddə diqqət yetirilməli, bu, dövlət üçün prioritet olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezislə əlaqədar dedi ki, “...biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında görüşdən sonra “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlər imzalandı.
Görüşdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Şuşaya səfər etmək niyyətində olduğunu bildirdi. Bu, Pakistanın Azərbaycana sevgisinin müqəddəslik çalarlarından biridir...
Bu görüş ikitərəfli münasibətlərin bu günü olsa da sabahlarının daha səmimi siyasi münasibətlərlə davam etdiriləcəyinin zəmanətidir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Fevral 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri