İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Opera ifaçısı Ülvi Qılıncın sərt və açıq açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, sənətçi xüsusilə mərhum sənət adamlarının adlarının tez-tez müzakirə obyektinə çevrilməsini tənqid edib.
Ülvi Qılınc bildirib ki, bu gün bəzi şəxslər sağlığında yanından keçə bilmədikləri insanları vəfat etdikdən sonra rahatlıqla müzakirə edir, hətta ittiham hədəfinə çevirirlər:
"Ölənlərin arxasınca danışmaq trend olub. Sağlığında yanından yel olub keçə bilməzdin".
Sənətçi açıqlamasında Xalq artisti İlhamə Quliyevanın adını çəkərək, bəzi sənət nümayəndələrinin keçmişini unutduğunu vurğulayıb:
"Zamanında İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti indi elə danışır, elə davranır ki, sanki İlhamə xanım onun qablarını yuyub".
Müğənni qeyd edib ki, məqsədi kiminsə keçmişini üzünə vurmaq deyil, lakin insanların haradan gəldiklərini unutmaması vacibdir:
"Keçmişlərini başına vurmaq istəmirəm. İnsan keçmişini unutmamalıdır. Keçmişini unudan gələcəyini "topa qoyar"".
Opera ifaçısının bu fikirləri sənət cameəsində və sosial mediada geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Fevral 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















