Icma.az
close
up
RU
İlklərə imza atmaq üçün doğulmuş insan

İlklərə imza atmaq üçün doğulmuş insan

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Əli ŞAMİL
[email protected]

Professor Ramiz Əskər Türk xalqlarının ədəbiyyatı, tarixi, mədəniyyəti haqqında 100 kitab nəşr etdirəcəyinə söz vermişdi. Lakin əcəl imkan vermədi. 2024-cü il mayın 22-də bu dünyadan köçdü.

Ramiz Əskər elə bil ilklərə imza atmaq üçün doğulmuşdu. Türk xalqlarının klassiklərinin ən sanballı əsərlərini dilimizə çevirib, onlara geniş ön söz və izahlar yazaraq çoxunu da öz vəsaiti ilə nəşr etdirib paylayan Ramiz Əskər olmuşdur. Söhbətlərində orden-medalların, fəxri adların boş və mənasız olduğunu, bizlərdən yazdıqlarımızın qalacağını vurğulayırdı. Amma mükafatlandırılanda da yox demirdi, onları əməyinə verilən qiymət kimi qəbul edirdi. Beləcə nəşr etdirdiyi əsərlərə görə 7 ölkənin mükafatını almışdı, 20-dən çox ölkədə 150-ə yaxın elmi məruzə oxumuşdu. Kitabları Türkiyədə, Özbəkistanda, İranda, Türkmənistanda və b. dövlətlərdə nəşr edilmişdi. O, Türk xalqlarının klassik və müasir yazıçı və şairlərinin əsərlərini yalnız Azərbaycanda deyil, neçə-neçə ölkədə nəşr etdirmişdi. Necə deyərlər, eyni zamanda, Azərbaycan yazıçı və şairlərini, alimlərini də Türk xalqlarına tanıtmışdı. 

2024-cü ilin yanvarında Bakıxanov qəsəbəsindəki kiçik bir yeməkxanada on-on beş dostla anadan olmasının 70 illiyini qeyd etdik. Başqa dostları da ayrı-ayrı yerlərdə beş-on nəfərlə belə məclislər keçirmişdilər. Bu məclislərdəki adamların sayı bəlkə də 150-200 nəfər olardı. Dost-tanışının əməyinə dəyər verməsinə sevinirdi, amma içində bir nisgil vardı. İstəyirdi rəsmi dairlər, çalışdığı BDU rəhbərliyi onun yubileyini keçirsin, xidmətlərini sadalasın. Heç biri baş tutmadı. Çünki vəzifəlilərin başı başqa işlərə qarışdığından Ramiz Əskərin nə iş gördüyündən bəlkə də xəbərsizdilər. Xəbəri olanlar belə özlərini xəbərsiz kimi aparırdılar.

Ramiz Əskər isə sıradan bir Azərbaycan vətəndaşı, sadə bir Türk deyildi. O, Azərbaycanda neçə-neçə ilkə imza atmış dəyərli bir alim idi. Yusif Xacə Balasaqunlunun "Qutadğu bilig" əsəri haqqında yazanlar, onu tanıtmağa çalışanlar olmuşdu. Amma əsər haqqında Azərbaycanda ilk dəfə araşdırma aparmaq və əsəri dilimizə çevirmək Ramiz Əskərin adı ilə bağlı oldu. 1920-ci ildə Mahmud Kaşqarlının "Divanü lüğat-it türk" əsərini araşdırmağa başlayan, ondan çevirmələr edən və bütövlükdə çevirən olmuşdu. Amma bu möhtəşəm əsəri Azərbaycan oxucusuna çatdıran, onu dilimizə çevirən, geniş ön söz yazan Ramiz Əskər oldu. Türkmən şairlərindən Maxdumqulunun, Molla Nəpəsin, Azadinin divanlarını da tam şəkildə çevirən və əsərlərə geniş ön söz və izahlar yazan o oldu.

Çığatay şairi Əlişir Nəvainin "Xəmsə"si ilə ilk dəfə Azərbaycan oxucusu tam şəkildə Ramiz Əskər sayəsində tanış olmuşdur. O, "Xəmsə"nin nəşrə hazırlamaqla qalmamış, Əlişir Nəvainin elmi əsərlərini də dilimizə çevirmiş, haqqında məqalələr və kitab yazmışdır.

Qırğız Toxtaqulun əsərlərini, Kırım tatarı Bəkir Çobanzadənin şeirlərini də ilk dəfə dilimizə çevirən Ramiz Əskər olmuşdur. Bu siyahını çox uzatmaq olar. Türk xalqlarının şairlərindən tərcümələri, onlar haqqındakı dəyərli məqalələri ilə o, türk xalqları arasında bir körpü yaratmağa çalışmışdır.

Olduqca məhsuldar işləyən Ramiz Əskər 96-cı kitabı nəşrə hazırlayıb mətbəəyə göndərəndən sonra dünyadan köçdü.

Ramizə Əskərin (bacısı filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərlə birgə) ölümündən sonra 3 kitab-31 qol olaraq tərcümə edib nəşrə hazırladığı "Goroğlu" dastanı işıq üzü gördü. 10 yanvar 2025-ci il tarixində Nailə Əskərin onun əlyazmalarından bir yerə topladığı şeirlər kitabı nəşr olundu.

"Su pərisinin nəğməsi" adlı şeir kitabının tanıdılmasında dostları, tələbə yoldaşları iştirak etdilər. Bu Ramiz Əskərin 100-cü kitabı idi. Bacısı qardaşı dostlarının yanında "yalançı" olmasın deyə dünyadan köçəndən sonra onun işini davam etdirərək 100-cü kitabını çap etdirdi.

Bu, son kitab deyil. Ramiz Əskərin 101-ci, 102-ci... 109-cu və s. kitabları da nəşr olunacaq. Ramiz Əskərin elmi yaradıcılığını, tərcümələrini xatırlayanda "Xalq qəzeti"nin keçmiş redaktoru Mahal İsmayıloğlunu (Sadıqov) yada salıb ata-babasına min rəhmət oxuyuram.

Ramiz Əskəri Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin birinci kursuna qəbul olunduğu ilk günlərdən tanıyırdım. Onu elmə yönəltmək istəyirdim. Amma o, jurnalistika fakültəsini bitirib məşhur qəzetlərin xarici ölkələrdəki müxbiri olmaq istəyirdi. Jurnalistika fakültəsini Moskvada bitirdi. Lakin xarici ölkələrə müxbir göndərmək nədir, heç Moskvadakı qəzetlərdən birinə də işə göndərmədilər.

Qanadı qırılmış quş kimi Azərbaycana döndü. Amma ruhdan düşmədi. Böyük həvəslə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Xarici Verilişlər redaksiyasının Türk bölümündə işləməyə başladı. Qısa müddətdə özünü ədəbi ictimaiyyətə savadlı və bacarıqlı jurnalist kimi tanıtdı. Şair Nəbi Xəzri onu Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin "Azərbaycan bu gün" jurnalına baş redaktor vəzifəsinə apardı.

Sovetlər Birliyinin çöküşü dövründə irəli sürülən aşkarlıq və yenidənqurma şüarları Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin yaradılmasına yol açdı. Bu cəmiyyətin orqanı olan "Odlar yurdu" qəzetinə Ramiz Əskərin təyin edilməsi kiminsə tapşırığı ilə, xahiş-minnətlə olmadı. Qəzetdə kiril, latın və əski əlifba ilə yazıların verilməsi planlaşdırılırdı. Hər üç əlifbanı, Azərbaycan türkcəsini, Türkiyə türkcəsini, rus dilini yaxşı bilən, savadlı və beynəlxalq münasibətlərdən başı çıxan jurnalist tapmaq heç də asan deyildi. Ramiz Əskəri qəzetə redaktor təyin etdilər.

Ramiz Əskər sovet qəzetçiliyinin qəlibləşmiş formullarını dağıda bildi. Qəzetdə çap etdiyi məqalələrlə dünyanın müxtəlif ölkələrində yaşayan  soydaşlarımızla əlaqələr qurmağa, vahid vətən duyğusunun formalaşdırmağa çalışdı. Bu qapalı sovet ölkəsində həqiqətə təşnə, xarici ölkələrdə yaşayan soydaşlarımıza maraq göstərənlər üçün bir nəfəslik rolunu oynadı. "Odlar yurdu" qəzetindən də öncə xarici ölkələrdə yaşayan soydaşlarımız üçün qəzet çıxarılırdı. Bu qəzet haqqında Azərbaycanda yaşayanların xəbəri belə yox idi. Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı "Vətən səsi" qəzeti, eləcə də Ramiz Əskərin bir müddət baş redaktoru olduğu "Azərbaycan bu gün" jurnalı xarici ölkələrdə yaşayan soydaşlarımız arasında sovet ideologiyasını təbliğ edirdi. Lakin "Odlar yurdu" qəzeti həm xarici ölkələrdə, həm Sovetlər Birliyində sürətlə yayılır, öz ətrafına çoxlu oxucu toplaya bilirdi.

"Odlar yurdu" qəzetindəki redaktorluq fəaliyyəti Ramiz Əskərə həm xarici ölkələrdə yaşayan, həm də SSRİ-dəki soydaşlarımız arasında böyük nüfuz qazandırdı. Qətiyyətlə deyərdim ki, "Odlar yurdu" qəzeti Ramiz Əskərin jurnalistlik fəaliyyətinin pik nöqtəsi oldu. Sonralar böyük formatlı, gündəlik rəsmi hökumət qəzetinin baş redaktorunun müavini, "XXI əsr" qəzetini baş redaktoru olsa da, onlar "Odlar yurdu"nun səviyyəsinə yüksələ bilmədi. "Odlar yurdu" kiçik formatda nəşr edilsə də, işçilərinin sayı az olsa da, yeganə qəzet idi ki, əl-əl gəzirdi.

O qəzet təbliğat vasitəsindən çox bir məktəb rolunu oynadı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikası və onun rəhbərləri haqqında ilk dəfə ən maraqlı yazılar bu qəzetdə çap olunmuşdu. Azərbaycan Respublikasının siyasi xadimləri, himni, bayrağı, gerbi və digər milli simvolları haqqında çap etdiyi yazılarla milli şüurun oyanmasına və milli azadlıq hərəkatının başlamasına təkan verdi.

Ramiz Əskər Azərbaycandan xarici ölkələrdə nəşr edilən qəzetlərə ardıcıl yazılar göndərən, onlarla əməkdaşlıq edən ilk jurnalistlərdən biri idi. 1991-1992-ci illərdə "Hürriyet" (İstanbul) qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə xüsusi müxbiri işlədi. O, jurnalistliklə məşğul olmaqla yanaşı, xalqda milli şüurun oyadılmasını gücləndirmək, uzun illər xəbərsiz qaldıqları əsərlərdən xəbər tutmaları üçün Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan hərəkatı" (1991), Faruk Sumerin "Oğuzlar" (1992), Yusif Balasağunlunun "Qutadğu bilig" əsərlərinə geniş ön söz yazaraq nəşr etdirdi. Bu əsərlər onun elmi yaradıcılığa keçməsinə təkan verdi.

O, jurnalist kimi fəaliyyətə başlasa da, türkoloq kimi tanındı. Məhsuldarlığına görə türkologiya sahəsində Ramiz Əskər səviyyəsinə yüksələn ikinci bir araşdırıcı olmadı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri