Icma.az
close
up
RU
İlqar Aslanov AÇ dəki rəqibləri dəyərləndirdi

İlqar Aslanov AÇ dəki rəqibləri dəyərləndirdi

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Görüşlərin ağırlığını və intensivliyini nəzərə almışıq".

Fanat.Az-ın məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov deyib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis hazırda davam edən təlim-məşq toplanışı ilə bağlı danışıb:

“Xalqımızı, futzal ictimaiyyətini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, gümrahlıq, sülh, əmin-amanlıq, bərəkətli illər arzulayırıq. Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Çalışırıq fiziki hazırlığı yüksəldək, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk. Oyunçularımız istəklidirlər. 2-3 nəfərin zədəsi var. Həkim çalışır ki, səfərə qədər onları müalicə etsin. Bu mərhələyə də ikisi qapıçı olmaqla, ümumilikdə 12 futzalçı ilə yollanacağıq".

O, Avropa çempionatının əsas mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:

"Səfərə qədər oki oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire”lə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Biz də görüşlərin ağırlığını və intensivliyini nəzərə almışıq.

Rəqiblərə gəldikdə, Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində məğlub olduqlar, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Tükiyə futzalı da son illərdə inkişafdadır.

İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidir”.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya ilə qarşılaşacaq. Martın 29-da isə Türkiyənin müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək. Yığma ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Mart 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri