“Ukrayna atəşi dayandırıb danışıqlara davam etməyə hazırdır”
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Ukrayna hazırkı cəbhə xəttində atəşi dayandırmağa və Rusiya ilə sülh danışıqlarına keçməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
...Biz bu cür addımlara - durduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Biz təmas xəttində atəşkəsdən danışırıq, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu, çox böyük kompromisdir.
...Biz başa düşürük ki, Putin torpağımızı tərk etmək istəmir. Ona görə də biz deyirik: tamam, gəlin burada dayanaq və diplomatiyaya keçək, - deyə Ukrayna prezidenti izah edib. ABŞ-ın rolunu şərh edən Zelenski qeyd edib ki, prezident Donald Tramp nizamlanma səylərini genişləndirmək üçün ABŞ Konstitusiyasına əsasən kifayət qədər səlahiyyətə malikdir.
...Ona görə də ümid edirəm ki, o, bu müharibəni dayandırmaq üçün yol axtarmağa davam edəcək, lakin təkcə Ukraynanın bunun əvəzini ödəməli olduğu vəziyyətə görə deyil, çünki bu, səhvdir, - Ukrayna rəhbəri vurğulayıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















